Yuxarı

Ermənistanın 5468 əsgəri məhv edildi - Adbaad siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın 5468 əsgəri məhv edildi - Adbaad siyahı

Azərbaycan hakerləri Ermənistanın bəzi hərbi sirlərini ələ keçirib. Sosial şəbəkələrdə yayılan məlumata görə, indiyə qədər düşmən ordusunun ən azı 5468 hərbçisi öldürülüb.

Axar.az Pia.az-a istinadla xəbər verir ki, məlumatda məhv edilən düşmən əsgərlərinin adları, atalarının adları, soyadları və doğum tarixləri qeyd olunub.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqladığı siyahıda min nəfərdən bir qədər çox hərbçinin öldürülməsini etiraf edib. Hərbi ekspertlər əvvəldən bu rəqəmlərə şübhə edirdilər, çünki Azərbaycan Müdafiə Nazirliyinin yaydığı kadrlarda düşmən ordusunun saysız hesab itkiləri aydın görünürdü.

Hakerlərin ələ keçirdiyi siyahı günü-gündən genişlənir. Yaralıların bundan 3-4 dəfə çox olduğunu nəzərə alsaq, Ermənistanın Dağlıq Qarabağda yerləşdirdiyi hərbi kontingentin yarıdan çoxunun artıq məhv edildiyini əminliklə söyləmək olar.

Bu gün Azərbaycan prezidenti İlham Əliyev də Rusiyanın “İnterfaks” və “İnterfaks-Azərbaycan” agentliklərinə verdiyi müsahibədə erməni tərəfdən itkilərin beş min nəfər və daha çox ola biləcəyini, bundan 2-3 dəfə çox yaralının olduğunu qeyd edib.

Düşmən ordusunun canlı qüvvə və hərbi texnikasının əhəmiyyətli hissəsinin sıradan çıxarılması Ermənistan rəhbərliyini çətin vəziyyətə salıb. Cəbhədə döyüşən hərbçilərin sıraları sürətlə seyrəlir, fərarilik baş alıb gedir. Arxadan yeni qüvvələrin ön xəttə çatdırılması isə ciddi problemdir. Çünki saysız-hesabsız ölümlər, cəmiyyətdəki ruh düşkünlüyü, məğlubiyyət sindromu öz işini görüb. Gənclər ordudan qaçır, silah gücünə cəbhəyə göndərilənlərin əksəriyyəti orta yaşlı insanlardır. Bunu düşmənin hər gün açıqladığı ölü siyahısından da görmək olur.

Siyahı ilə BURADA tanış ola bilərsiniz.

Tarix
2020.10.30 / 02:17
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Mixael Harmsla görüşdü

İlham Əliyev Almaniyaya səfər etdi - Foto

Suriyadan 16 nəfər Azərbaycana repatriasiya edildi

Almaniya Azərbaycana yeni səfir təyin etdi

Prezidentdən İspaniyanın qələbəsi haqda: Yüksək ustalıq...

DÇ-2026-nın finalı: Hikmət Hacıyevin şifrəli mesajı? - Video

Tramp və Sançez DÇ-nin finalında barışdı? - Foto

Hörmüz tam olaraq “məhv edilir” – Mühüm plan

Rusiya elitası Moskvanı təcili tərk edir - Video

Ermənistanda etiraf: Bakı yeni mərhələyə keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla