Ana səhifə Gündəm |
"Nursultan Nazarbayevin Gömrük İttifaqının sərhədləri ilə bağlı verdiyi açıqlama Ermənistan üçün qəbuledilməzdir".
"Axar.az" məlumat verir ki, bu açıqlama ilə "Respublika" partiyasının Ermənistan parlamentindəki fraksiyasının rəhbəri Qalust Saakyan çıxış edib.
O, Qazaxıstan prezidentinin Gömrük İttifaqının sərhəd xətlərinin Dağlıq Qarabağa aid edilməməsi ilə bağlı açıqlamasının düzgün olmadığını bildirib: "Qazaxıstan Azərbaycanla dost ölkədir. Ona görə də N.Nazarbayevin bu açıqlamasına təəccüblənmək gərək deyil. Qazaxıstan Azərbaycanla münasibətləri pozmamaq üçün belə edir".
Qeyd edək ki, dünən N.Nazarbayev Ermənistanın Gömrük İttifaqına daxil olması ilə bağlı yol xəritəsini imzalamaqdan imtina edib. Prezident bunu Dağlıq Qarabağ problemi ilə bağlı təşkilatın sərhədlərinin dəqiq göstərilməməsi ilə əlaqələndirmişdi. V.Putin isə heç nəyə fikir verməyərək, Ermənistanla istənilən halda yol xəritəsini imzalamağa hazır olduqlarını söyləmişdi.
Tarix
2013.12.25 / 14:01
|
Müəllif
İlkin Həsənov
|