Yuxarı

Cenevrə görüşündən sonra rayonlarımız atəşə tutuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə keçirilmiş görüşdən sonra Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi rayonları ağır artilleriya və digər atıcı silahlardan atəşə tutulmuşdur.

Axar.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, bu gün səhər saat 06.00 radələrindən saat 12 radələrinə qədər bu rayonlar üzrə 6 qəsəbə və 26 kənd olmaqla 32 yaşayış məntəqəsinə Ermənistan silahlı qüvvələri tərəfindən 300-dən artıq mərmi atılmışdır.

Onun sözlərinə görə, Cenevrə görüşlərinin keçildiyi gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və Daşkəsən rayonlarına 200-dən artıq mərmi atılmışdır: “Təəssüflə qeyd etməliyik ki, Tərtər şəhəri II Dünya müharibəsindən sonra Avropanın ən çox bombalar və raketlərin atıldığı şəhərlərindən biridir. 27 sentyabrdan bu günə qədər Tərtər rayonuna 15.000-dən artıq mərmi və raketlər atılmışdır”.

H. Hacıyev qeyd edib ki, muzdlular barədə propaqandası uğursuzluqla üzləşən Ermənistan ağ fosfor mövzusunda yeni dezinformasiyalar uydurmaqdadır: “Ermənistan ağ fosforlu mərmilərdən istifadə edərək onun məsuliyyətini Azərbaycanın üzərinə atmağa çalışır.

8 oktyabrda Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Arayapılı kəndinə atılmış mərminin fosfor olduğu müəyyən edilmiş və ANAMA tərəfindən zərərsizləşdirilmişdir. ANAMA tərəfindən bu fakt sənədləşdirilmişdir.

2016-cı ilin aprel döyüşlərində də Ermənistan tərəfindən Tərtər rayonunun Əskipara kəndinə ağ fosfor mərmisi atılmışdı. Hərbi attaşelər və ATƏT-in nümayəndəsinin iştirakı ilə əkin sahəsinə düşmüş həmin mərmi yerində zərərsizləşdirilmişdir.

Hal-hazırda meşə yanğını formasında ekoloji terror törətmək və Azərbaycan silahlı qüvvələrinə qarşı istifadə etmək üçün Ermənistan silahlı qüvvələri tərəfindən Xocavənd istiqamətinə böyük həcmdə fosforun gətirildiyi barədə məlumatlar vardır”.

Tarix
2020.10.31 / 16:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla