Yuxarı

Düşmənin yaşayış məntəqələrinə vurduğu ziyan açıqlandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan döyüş, diplomatiya və informasiya savaşında uduzur. Yeganə əl atdığı vasitə Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmasıdır.

Axar.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı brifinqdə bildirib.

Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-ə qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi atılıb: “Həmin müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər müxtəlif xəsarət alıb. 2 424 obyekt, 92 çoxmənzilli bina ziyan çəkib, 13 kommunikasiya infrastukturu sıradan çıxarılıb, 17 dini obyektə, o cümlədən məscid və kilsəyə ziyan dəyib".

O əlavə edib ki, Ermənistanın Azərbaycana atdığı raketlərin ən çoxu Goranboy rayonuna düşüb: "Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcəbədiyə 14 raket, Gəncəyə 22 raket olmaqla bütövlükdə Azərbaycan şəhərlərinə 218 raket endirilib. Ermənistanın Azərbaycana atdığı ümumi mərmi sayı 27 min 308-ə bərabərdir və ən çox mərmi Tərtər rayonuna endirilib".

Tarix
2020.10.31 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla