Yuxarı

Azərbaycan Ordusunun şücaətindən qürur duyuruq - Dündar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın işğal altındakı torpaqlarının düşməndən geri alınması müasir dünyanın ən səs-küylü hadisəsidir. Azərbaycan bu hərbi-siyasi uğuru ilə bütün dünyaya mesaj verdi ki, beynəlxalq hüquq və ədalət hamı üçün bərabər olmalıdır. Şanlı Azərbaycan Ordusu düşmənə də, onun havadarlarına da göstərdi ki, haqqı olanı kimsə ona minnətlə qaytara bilməz, onu öz gücü, öz iradəsi ilə almağa qadirdir. Şanlı Azərbaycan Ordusunun şücaəti barədə xəbərlərdən qurur duyuruq.

Axar.az xəbər verir ki, bu fikirləri AzərTac-a açıqlamasında Türkiyənin Bursa vilayətinin Osmanqazi bələdiyyəsinin sədri Mustafa Dündar deyib.

Azərbaycan Ordusunun düşməni bütün cəbhələrdə məğlub etməsinin hər bir türkiyəli üçün qürur mənbəyi olduğunu bildirən Mustafa Dündar deyib: “Torpaqlarımız uğrunda şəhid və qazi olan qəhrəman övladlarımızın xatirəsini əbədiləşdirmək, bu istiqamətdə davamlı işlər görmək hər birimizin mənəvi borcudur. Şəhid general Polad Həşimovun xatirəsinin əbədiləşdirilməsi Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi olan bütün qəhrəmanlara göstərilən hörmət və ehtiram, Azərbaycana mənəvi dəstəyin nümunəsidir. Məqsədimiz odur ki, gələcək nəsillər keçdiyimiz, yaşadığımız ağır illəri və hadisələri unutmasınlar. Əminliklə deyə bilərəm ki, general Polad Həşimov Parkı Azərbaycanın şərəfli hərb tarixinin bir hissəsinə çevriləcək. Bu park Azərbaycanı sevən insanların tanıdığı məkan olacaq. Bundan başqa, bu parkda Azərbaycana dair tədbirlərin keçirilməsi istər-istəməz Qarabağla bağlı yaşadığımız sıxıntıları, yaxın və uzaq tarixdə insanlara xatırladacaq”.

Polad Həşimov Parkının salınması təşəbbüsü ilə çıxış etdiyinə görə Dünya Azərbaycanlıları Platformasının rəhbərliyinə minnətdarlığını ifadə edən bələdiyyə sədri Mustafa Dündar bildirib ki, milli-mənəvi dəyərlərimizin inkişafına xidmət edən bu fəaliyyətlər gələcəkdə də davam etdirilməlidir

Xatırladaq ki, Bursanın Osmanqazi bələdiyyəsinin ərazisində salınan general Polad Həşimov Parkının açılışı oktyabrın 28-də geniş ictimaiyyətin iştirakı ilə keçirilib.

Tarix
2020.10.31 / 18:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla