Axar.az
Yuxarı

Azad edilən ərazilərdə sosial proqramlar icra olunacaq - Nazir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin möhtəşəm tarixi Qələbələri davam etdikcə, işğaldan azad edilən doğma yurd yerlərimizin də sırası genişlənir. Ölkəmizin digər bölgələrində olduğu kimi, azadlığına qovuşan həmin ərazilərimizdə də geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq. Bu istiqamətdə müxtəlif istiqamətlərdə tədbirləri əhatə edən təkliflər üzrə artıq işlərə başlanıb.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiya iclasında bildirib.

O qeyd edib ki, ildən-ilə geniş vüsət alan sosial müdafiə və aktiv məşğulluq proqramlarında hər zaman həssas qruplardan biri kimi, məcburi köçkünlərə də üstünlük verilib. Həmin vətəndaşlar işğaldan azad edilmiş yurdlarına qayıtdıqdan sonra da onların sosial-iqtisadi dəstək tədbirləri ilə əhatə olunması işləri aparılacaq. Son illərdə özünüməşğulluq proqramının dəstəyi ilə minlərlə köçkün ailəsinin kiçik təsərrüfatları, müəssisələri yaradılıb. Onlar artıq öz təsərrüfat və müəsissələrini də doğma yurd yerlərinə aparmaq əzmindədirlər. Ümumən, işğaldan azad edilən ərazilərdə kənd təsərrüfatı və istehsal yönümlü çoxsaylı ailə təsərrüfatlarının yaradılmasında da özünüməşğuluq proqramı öz töhfəsini verəcək.

Nazir həmçinin qeyd edilən zonalarda DOST mərkəzlərinin, peşə-tədris və reabilitasiya, sosial xidmət müəssisələrinin yaradılacağını deyib. Bununla bağlı da layihələndirmə işlərinin aparılmasının nazirlik üçün prioritetlərdən biri olduğunu qeyd edib.

S.Babayev ölkəmizdə hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində əhaliyə xidmətlərin yüksək səviyyədə təşkilinə xüsusi diqqət yetirildiyini bildirib. O, xüsusilə pensiya, müavinət və təqaüdlərin, sosial yardımların ödənişlərinin vaxtlı-vaxtında icra edildiyini və bundan sonra da bu sahənin diqqətdə saxlanmalı olduğunu qeyd edib. İş yerlərinin qorunması sahəsində də işlərin davam etdiyini, elektron sistem üzərindən daimi nəzarət həyata keçirildiyini deyib. Əmək müqavilələrinə əsassız yerə, həmçinin ciddi səbəb olmadan xitam verilməsi halları baş verdikdə işəgötürənlərlə sosial dialoq müstəvisində belə halların qarşısının alındığını diqqətə çatdırıb.

S.Babayev şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramının davam etdiyini, bu il artıq 710 mənzil və fərdi evin verildiyini, ilin sonunadək bu rəqəmin 1500-ə çatacağını deyib. Bildirib ki, pandemiya dövrü bir sıra məhdudiyyətlər yaratsa da, cari il üçün nəzərdə tutulmuş bütün sosial proqramların, eləcə də mənzillə və avtomobillə təminat, özünüməşğulluq proqramlarının uğurla başa çatdırılması, elektronlaşdırma proqramının davam etdirilməsi, ilin sonunadək yeni e-xidmətlərin işə salınması, yeni reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

İclasda hərbi vəziyyət dövründə əmək, məşğulluq, sosial müdafiə sahəsində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Hazırlanmış 21 peşə və 21 kvalifikasiya standartı da təqdim edilərək müzakirə olunub.

Tarix
2020.10.31 / 19:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev 2 fərman imzaladı

Almaniya Qarabağla bağlı 2 milyon ayırdı

Peskov: Qarabağda onların sayı artırılmayacaq...

Prezidentdən Xocavənd və Xocalı ilə bağlı - Qərar

Rusiyadan Kəlbəcərin qaytarılması ilə bağlı açıqlama

Prezident bu təkliflə niyə 10 gün sonra razılaşdı? - Şərh

Rusiya Naxçıvana gedəcək yolla bağlı işlərə başladı

Bu dəfə müharibə Ermənistan üçün... – “Yerusəlim Post”

Kəlbəcərdə nə qədər qızıl, civə var? - Statistika

Şanlı ay-ulduzumuz Kəlbəcərdə dalğalanacaq – Türkiyə MN

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla