Yuxarı

Düşməni vahiməyə salan generalımız - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində adını qızıl hərflərlə tarixə yazan qəhrəmanlarımızdan biri də general-leytenant Hikmət Mirzəyevdir.

Axar.az xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı Hikmət İzzət oğlu Mirzəyev Biləsuvar rayonunda doğulub. 2016-cı ilin Aprel müharibəsi zamanı və 2020-ci ildə Dağlıq Qarabağda aparılan hərbi əməliyyatların rəhbərlərindəndir.

Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir. O, Ümummilli lider Heydər Əliyevin Prezident olduğu illərdə polkovnik-leytenant hərbi rütbəsini daşıyıb. Ona polkovnik rütbəsini də məhz Heydər Əliyev təqdim edib. Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu öndər Heydər Əliyevin imzaladığı Sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb.

2020-ci il 27 sentyabr tarixində Qarabağ uğrunda savaşın növbəti mərhələsi başlayandan Hikmət Mirzəyev artıq Cəbrayıl və Şuşa şəhərinin işğalçılardan azad edilməsi uğrunda əməliyyatlara başçılıq edib.

Təsadüfi deyil ki, Prezident Cəbrayıl və Şuşa şəhərinin işğalçılardan azad edilməsindən dərhal sonra Hikmət Mirzəyev zəng edərək, təbrik etdi. Hətta Cəbrayıl şəhəri və rayonun 9 kəndinin azad edilməsi əməliyyatında iştirakından sonra Prezidentin Sərəncamı ilə ona general-leytenant ali hərbi rütbəsi verildi.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) komandanı Hikmət Mirzəyevin və səlahiyyətindəki hərbi birliyin Qarabağda aparılan bir sıra misilsiz əməliyyatlarda ən öndə yer aldığı, düşmənə çoxsaylı sarsıdıcı zərbələr endirdiyi bildirilir. Hikmət Mirzəyev və XTQ Ermənistan ordusunda daim vahimə ilə xatırlanır. Bu, erməni KİV-ində, eləcə də beynəlxalq mediada son əməliyyatlarla bağlı yayılmış materiallarda da aydın görünür.

Tarix
2020.11.10 / 21:29
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Əskipara sakinləri narahatdır: Getmək istəmirik - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla