Yuxarı

Ordumuz raket zərbələri ilə hədəfi məhv etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Oyunları ərəfəsində ölkənin hava məkanının etibarlı qorunması məqsədilə Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən mayın 7-də Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının qüvvə və vasitələrinin döyüş hazırlığı yoxlanılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, təlim-döyüş tapşırığının yerinə yetirilməsi poliqonda "Osa" AK(M) tipli zenit-raket komplekslərinin istifadəsi ilə həyata keçirilib.

Tapşırığın yerinə yetirilməsi zamanı hava məkanını pozan şərti düşmən aşkarlanaraq izlənməyə götürülüb və kiçik həcmli, aşağı yüksəklikdə, qrup halında uçan hədəflər raket zərbələri ilə dərhal məhv edilib.

Qarşıya qoyulan vəzifə və tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib, şəxsi heyətin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Tarix
2015.05.07 / 21:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla