Yuxarı

İlham Əliyev AB-nin prezidenti ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 8-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərtac xəbər verir ki, dövlət başçısı Azərbaycan Hökuməti ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı. İqtisadi sahədə əldə olunan nailiyyətlərə toxunan Prezident İlham Əliyev bildirib ki, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində görülən işlər nəticəsində bu, Azərbaycan iqtisadiyyatına ciddi təsir etməyib.

Dövlət başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabartinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib.

Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti Azərbaycanın etibarlı tərəfdaş olduğunu və rəhbərlik etdiyi qurumun ölkəmizlə əməkdaşlığa böyük əhəmiyyət verdiyini deyib. Suma Çakrabarti Azərbaycanda həyata keçirilən layihələrdən məmnun olduğunu bildirib. O, ölkəmizdə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində görülən işlərin önəmini qeyd edib.

Görüşdə ölkəmizlə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın enerji infrastrukturunun yaradılması, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2015.05.08 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla