Yuxarı

Karateçilərimizin döydüyü ermənilər cəzalandırıldı - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim gənc idmançımıza məğlub olan erməni döyüşçü bunu özünə sığışdırmadığı üçün yarış meydanında dava saldı. Elə buna görə də erməni idmançı sərt şəkildə cəzalandırıldı".

Bu sözləri Axar.az-a Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı zamanı Azərbaycan və Ermənistan idmançıları arasında düşən kütləvi davadan danışan "World Shotokan Karate Union" federasiyasının Azərbaycan nümayəndəliyindən Renat Əliyev bildirib.

Sözügedən federasiyanın gənc idmançısı Turqut Həsənovun erməni həmkarını yarışda məğlub etməsi qarşı tərəfin qəzəbinə səbəb olub. R.Əliyevin sözlərinə görə, davanı da erməni idmançılar salıb:

"Ermənilərlə bizim döyüşçülərin davasına səbəb bizim idmançımız Turqut Həsənovun döyüş zamanı erməni idmançısına qalib gəlməsi oldu. Erməni idmançının uduzmasına bu şəkildə etiraz etmək istədilər, dava saldılar. Elə döyüş meydanında təxribat xarakterli addımlar atdılar. Ancaq cavablarını da aldılar. Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən davanı salan idmançılar oradan uzaqlaşdırıldı. Davanı salan idmançılara və rəhbərlərinə də ağır şəkildə xəbərdarlıq olundu. Həmçinin, dava salan idmançının özünü də uzun müddətli diskalifikasiya etdilər. Uduzan tərəf də, cəza alan tərəf də onlar oldu".

R.Əliyevin qeyd edib ki, dava salan oyunçuya görə Ermənistan nümayəndəliyi onlardan üzr də istəyib:

"Sonradan Ermənistanın mübahisə salan idmançının üzv olduğu təşkilatın rəhbəri şəxsən bizdən üzr istədi və öz idmançılarını da yarış yerindən kobud şəkildə qovdu. Biz bütün hallarda təxribata uymamağa çalışdıq. Çünki qarşıda bizi Avropa Oyunları gözləyir".

Qeyd edək ki, Gürcüstanın paytaxtı Tiflisdə karate üzrə 6-cı dünya çempionatı zamanı Azərbaycan və Ermənistan idmançıları arasında kütləvi dava olub. Həvəskar videoçəkilişdən görünür ki, həmyerlilərimiz erməniləri meydandan qovublar.

Tarix
2015.05.08 / 15:33
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla