Yuxarı

Ərdoğanın oğlunun həbsinə hazırlıq görülüb - Şok iddia

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın oğlunun həbsinə hazırlıq görülüb - Şok iddia

Türkiyədə həbslərin ikinci dalğası çərçivəsində baş nazir Ərdoğanın oğlu Bilal Ərdoğanın həbsinə hazırlıq görülüb.

"Axar.az"ın məlumatına görə, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Türkiyə Mülkü Prokurorluğunun rəhbəri Müammər Ağqaş AKP-yə qarşı əməliyyatın 2-ci dalğasını həyata keçirmək istəyir. Ancaq lazım olan şəxslərin həbsini həyata keçirən qurum polis olduğu üçün əməliyyat dalana dirənib.

Hazırkı vəziyyətdə həbslərin Ərdoğanın 2 oğluna qədər uzanacağı iddia edilir.

Bu məlumatı doğrulayanlardan biri də Türkiyə hökümətinin mediadakı dəstəkçilərindən olan "Yeni Şəfəq" qəzetinin müxbiri Cihat Arpacıqdır.

Jurnalist özünün "Tvitter" hesabında yazır:

"Prokurorluq saat 09:00-da Bilal Ərdoğan haqqında polisə "saxlanılsın" təlimatı verib. Ancaq əməliyyat hələ ki, həyata keçirilməyib. İddiaya görə, səbəb əməliyyat barədə yuxarılara məlumat verilməsidir".

İstanbul Valiliyi və Polis İdarəsi rəisi haqqında vəzifələrindən sui-istifadə və sübutların gizlədilməsinə görə istintaq başladılıb.

İstintaqı Türkiyə Mülkü Prosessual Məcəlləsinin 10-cu maddəsinə uyğun olaraq, qurumun müvafiq şöbəsi tərəfindən araşdırır.

Prokurorluğun həmin şöbəsi "silahlı dəstələr və terror təşkilatları" ilə məşğul olur".

Tarix
2013.12.26 / 00:33
Müəllif
Tural Qurbanlı
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla