Yuxarı

Məhkəmə Trampın xeyrinə qərar verə bilər?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə Trampın xeyrinə qərar verə bilər?

Trampı dəstəkləyən ölkələr belə artıq Baydeni prezident seçilməsi münasibəti ilə təbrik edib. Tramp isə hələ də Ali Məhkəmənin qərarını gözləyir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Donald Trampın prezident müddəti başa çatana qədər səsvermənin nəticəsini öz lehinə dəyişdirmə şansları haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Ali Məhkəmə Trampın lehinə qərar qəbul edərsə, o, prezident seçilə və ya səsvermə yenidən keçirilə bilər:

“Ümumiyyətlə, Ali Məhkəmənin araşdırmalı olduğu bir çox məqamlar var. Belə ki, Tramp faktiki olaraq bir neçə ştatda qalib gəlib. Bəzi mübahisəli ştatlarda isə Baydenin qalib gəldiyi elan edilsə də, əslində, Trampın qalib gəldiyi məlum olub. Tramp məhz buna görə iddia edir ki, o qalib idi, lakin səsvermədə saxtakarlıq və bu kimi halların olması səbəbindən Baydenin seçildiyi bildirilib. Digər tərəfdən, onlayn səsvermədə və poçtla gələn səslərdə də gecikmələr və düzgün sayılmama hallarına görə Tramp məsələnin Ali Məhkəmə səviyyəsində qaldırılmasını tələb edir”.

Politoloq bildirib ki, nəticə Ali Məhkəmənin qərarı ilə müəyyənləşəcək:

“Lakin Baydeni təbrik edən ölkələr sırasında Trampla sıx münasibəti olan Almaniya, Türkiyə, Yaponiya kimi ölkələr də var. Bu mənada Ali Məhkəmənin Trampın lehinə qərar verəcəyini gözləmirəm. Bayden faktiki olaraq seçkilərdə qalib tərəfdir”.

Tarix
2020.11.21 / 08:00
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla