Yuxarı

Bir neçə saat ərzində Ağdamda 150-yə yaxın mina tapıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Cəzirə” telekanalı Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonundan reportaj yayımlayıb.

Axar.az xəbər verir ki, reportajda Azərbaycan Ordusunun 30 ilə yaxın müddətdə Ermənistanın nəzarətində qalmış Ağdam rayonuna daxil olduğu bildirilir. Qeyd edilir ki, əldə edilmiş razılaşmaya əsasən Ermənistan Ağdamı Azərbaycana geri qaytarıb.

Telekanalın Ağdama ezam olunmuş müxbiri rayonun dağıntılar altında qaldığını bildirir. O deyir: “Ağdamda dağıntılardan başqa heç nə yoxdur. Hətta şəhərin mərkəzi belə vandalizmə məruz qaldıqdan sonra tərk edilib. Buranın yerli əhalisi artıq geri qayıtmaq istəyir”.

Reportajda ərazinin minalandığı, yalnız bir neçə saat ərzində buradan 150-yə yaxın mina tapıldığı diqqətə çatdırılır.

Vurğulanır ki, Ağdamın bir zamanlar məşhur olan Mədəniyyət Mərkəzi də tamamilə dağıdılıb.

Reportajda Azərbaycan rəsmilərinə istinadla ölkənin uğurları müharibə yolu ilə əldə etdiyi bildirilir. Bununla yanaşı, o da qeyd edilir ki, Ağdam tək bir silah işlətmədən, itki vermədən geri qaytarıldı. Dörd gün sonra ermənilər Kəlbəcər, ayın sonunda isə Laçın rayonlarından çıxmalıdırlar.

Tarix
2020.11.21 / 22:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan-Ermənistan sərhədində ilk dirək quraşdırıldı - Foto

Prezidentdən 4 kənd açıqlaması: Müharibədən dərhal sonra...

Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - Video

“Zəngəzur dəhlizi” sözü orada qeyd olunmayıb, lakin…

Biz buna fürsət kimi baxırıq - Prezident

Tarixi hadisə: Güneylilər Azərbaycanla bağlı toplanır

Prezidentdən sülh açıqlaması: Vaxt lazımdır!

Bayramov Petr Fiala ilə görüşdü

Xarici borcumuz çox aşağıdır, hətta… - Əliyev

Ermənistan istisna olmaqla... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla