Yuxarı

Bu müharibə Akopyanın göstərişi idi — Erməni KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

General Movses Akopyan həqiqətləri açıqladı. Bizə bir dövlətin olduğunu, insan olduğumuzu dedilər, yalnız bütün bunlardan sonra biz “insan” adını daşıya bilmərik. Çox pis hissdir, bu vaxt ərzində bizi otarıblar, heyvanlaşdırıblar.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri məqalə dərc edib.

“Bir ailənin nazına görə müharibədə məğlub olduq. Anna Akopyan yalnız Baş nazirin xanımı olduğuna görə qapalı bölgəyə daxil ola bildi. Onun orada olmaq hüququ yox idi, bəs nəyə görə getdi? Onun şəxsi səbəbləri var idi. Bunu qoyaq kənara, bir telefon zəngi ilə müharibədə ordumuza hava, su kimi lazım olan generalı İrəvana çağırtdırdı, vəzifəsindən qovdurdu. Bu dövlətə, dövlətçiliyə layiqmi? Bu ailə ilə müharibədə qələbə qazana bilərdikmi?” - deyə “Bu müharibə qadının göstərişi idi” adlı məqalədə bildirilib.

Materialda Nikol Paşinyanın savadsızlığı vurğulanaraq müharibədən əvvəl etdikləri də qeyd olunub:

“Kişi ilə qadın arasındakı münasibətlər nəticəsində müharibəni uduzduq. Bunun əvəzində fəxr edirik ki, Baş nazirimiz Ermənistana gələn Rusiya prezidentini qəbul etməmişdi, İkinci Dünya müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar Baş nazirimiz Vladimir Putinin dəvətini rədd etmişdi. Dərk etmirik ki, bu, savadsız yanaşma, ambisiya üzərində qurulmuş siyasət idi, hansına görə ki, oğullarımız həlak oldu, “artsax”ı itirdik”.

Qeyd edək ki, ermənilər 30 ildir işğalda saxladıqları torpaqların azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpasını həzm edə bilmir, bütün beynəlxalq hüquq normalarına zidd olaraq, açıqdan-açığa işğal etdikləri ərazilərin əllərindən çıxmasından “ərazi itkisi” kimi bəhs edirlər.

Tarix
2020.11.23 / 12:07
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla