Yuxarı

Şahnazarov: Ermənilər qisas almağa çalışsa... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:04

Azərbaycan bu kampaniyanı həqiqətən qazandı, ancaq əsas məsələ tamamilə fərqlidir. Üçtərəfli Bəyanat - insan ölümünün qarşısını almaq və Cənubi Qafqazda uzunmüddətli sülhü təmin etmək üçün elan edilən atəşkəsdir.

Axar.az xəbər verir ki, bunu erməni əsilli kinorejissor Karen Şahnazarov deyib.

Onun sözlərinə görə, erməni tərəfi qisas almağa çalışmalı deyil. Azərbaycan isə anlamalıdır ki, vəziyyətin gərginləşməsi və şərtli olaraq erməniləri küncə sıxışdırmaq cəhdi onlar üçün də sərfəli olmaz:

“İki ölkə sülh şəraitində yaşamağı öyrənməsə, 20-30 ildən sonra müharibə yenidən başlayacaq. Cənubi Qafqaz hələ də xüsusi bir bölgədir. Bundan əlavə, orada bir-biri ilə əlaqəli xalq, tarix, ənənə var və onlar həmişə yaxın olublar. Qarşılıqlı iqtisadi fəaliyyət üçün bir mexanizmin - məsələn, Qafqaz üçün ortaq bazarın yaradılması hər kəsə fayda gətirər. Əsas qarşılıqlı antipatiyanı və nifrəti aradan qaldırmaqdır. Sonra həmişə olduğu kimi sülh və harmoniya içində yaşayacaq yeni nəsil yetişəcək. Demək istəyirəm ki, ölkələr müharibə aparmamalı, inkişaf üçün əməkdaşlıq yolları tapmalıdırlar”.

Ermənistandakı daxili siyasi vəziyyətdən danışan Şahnazarov deyib ki, mövcud gərginliyə və radikal, millətçi hisslərə baxmayaraq, Ermənistan xalqı atəşkəsə ehtiyacı olduğunu anlayıb.

Tarix
2020.11.23 / 15:55
Müəllif
Əli, Xədicə
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla