Yuxarı

Ombudsman Aparatında yeni şöbə yaradıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa uyğun olaraq, Müvəkkil informasiya sahibi olan dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və vəzifəli şəxslərin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirir.

Ombudsman Aparatından Axar.az-a verilən məlumata görə, informasiya sahibi olan dövlət orqanları, yerli özünüidarə orqanları və vəzifəli şəxslər tərəfindən “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin pozulması halları ilə bağlı şikayətləri səlahiyyətləri çərçivəsində operativ şəkildə araşdırır, pozuntu hallarının aradan qaldırılması üçün müvafiq səlahiyyətli qurumlara sorğular göndərilir, müvafiq tədbirlər görülür.

Müvəkkil Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Konstitusiyasının 50-ci maddəsi, Ombudsman haqqında Konstitusiya Qanunu və İnformasiya əldə etmək haqqında Qanun ilə müəyyən edilmiş səlahiyyətlərin icrası və bu sahədə fəaliyyəti daha da təkmilləşdirmək məqsədilə Aparatda İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsi yaradılıb.

Şöbə qanunvericiliyə uyğun olaraq informasiya əldə etmək hüququnun təmin edilməsi, informasiya əldə etmək hüququnun pozulması ilə bağlı daxil olan müraciətlərin baxılması və cavablandırılması, informasiya əldə etmək hüququnun təbliği və təşviqi, bu sahədə hüquqi maarifləndirmənin, monitorinqin həyata keçirilməsi və təhlillərin aparılması, qanunvericiliklə müəyyən edilmiş qaydada informasiya əldə etmək hüququ ilə bağlı digər istiqamətlərdə fəaliyyət göstərir.

Qeyd olunmalıdır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 16.10-cu hədəfi də fundamental hüquq olaraq informasiya əldə etmək hüququnun beynəlxalq sazişlərə və milli qanunvericiliyin tələblərinə müvafiq qaydada təmin olunmasını nəzərdə tutur. Bu sahədə davamlı inkişaf Azərbaycan Respublikasında dövlət siyasətinin prioritetlərindən biridir. İnformasiya azadlığı insan hüquq və azadlıqlarının təminatçısı olan cəmiyyətin mühüm xüsusiyyətidir və cəmiyyətdə baş verən dinamik proseslərdən xəbər tutmaq vətəndaşların əsas ehtiyaclarından olduğundan Müvəkkil tərəfindən səlahiyyətləri çərçivəsində diqqət mərkəzində saxlanmaqla inkişaf etdirilir.

Tarix
2020.11.23 / 18:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

Azərbaycan-Qırğızıstan sənədləri imzalandı - Foto

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Siyarto bu gün Azərbaycana gəlir

Makron “erməni soyqırımı”ndan yazdı: Unutmayaq...

Xocalıda məxfi xəritələr aşkarlandı - Video

5 gündür susan Makron barmaqlamağa başladı...

Prezidentlərin məhdud tərkibdə görüşü oldu

Sülhməramlıların ardınca bayraqları da götürüldü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla