Axar.az
Yuxarı

Axar.Az Logo

Fransa Senatı ermənilərin əlində oyuncağa çevrilib - Kılıç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni lobbisi müəyyən təsir vasitələri ilə Fransa parlamentini uşaq bağçası səviyyəsinə endirib. Noyabrın 25-də Fransa Senatında baş tutacaq müzakirələr bu qurumu növbəti dəfə rəzil duruma düşürəcək. Bunlar ya dərk etmirlər, ya da dərk etsələr də müəyyən səbəblərə görə mövcud reallıqla barışmaq istəmirlər. Azərbaycan Ordusu yeniləməz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qərar və qətnamələri həyata keçiriblər. Fransa tərəfi unutmasın ki, BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı sənədlərin qəbulu üçün özü də səs verib.

Axar.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AzərTac-a müsahibəsində bildirib.

Fransa Senatının erməni lobbisinin əlində oyuncağa çevrildiyini xatırladan səfir deyib ki, parlament özünü elə aparır, sanki baş verənlərdən tamamilə xəbərsizdir. Məlum münaqişənin nizamlanması ilə bağlı Ermənistanın baş naziri təslimçilik sənədinə özü imza atıb. Azərbaycan bütün dünya tərəfindən qəbul olunan ərazi bütövlüyünü bərpa edir. Fransa Senatında təmsil olunanlar yaxşı bilirlər ki, bu istiqamətdə Türkiyə ilə Rusiya arasında da memorandum imzalanıb.

Minsk qrupuna həmsədr ölkələrin Ermənistan-Azərbaycan münaqişəsində bitərəf olmasını beynəlxalq hüququn tələbləri kimi dəyərləndirən səfir Hulusi Kılıç Azərbaycanı hazırkı mövqeyindən geri çəkməyə heç bir qüvvənin olmadığını vurğulayaraq deyib: “Vaxtilə BMT və digər beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrin ayrı-ayrı strukturlarının bundan sonra buna zidd olaraq qəbul edəcəkləri qanun və ya qərar ancaq qərəzli kağız parçası olacaq. Ötən otuz ilə yaxın zaman kəsiyində bütün dövlətlər və beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun acı nəticələri barədə kifayət qədər məlumat əldə ediblər. İndi nə dəyişdi ki, birdən –birə Azərbaycana qarşı düşmənçilik açıq frazaya keçdi? Deməli, bunlar təsdiq edirlər ki, Minsk qrupu çərçivəsində işğal faktını sona çatdıra bilmədikləri üçün aqressivləşiblər”.

Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyən səfir deyib ki, sülhsevər, ədalət axtaran, haqq və hüquqdan danışan dünya ictimaiyyəti real vəziyyətlə bağlı ədalətli çağırış etməlidir. Beynəlxalq hüquq öz sözünü deməlidir ki, gələcəkdə belə hallar təkrar olunmasın.

Tarix
2020.11.23 / 22:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tankçılar Həzi Aslanovun ata ocağını ziyarət etdi - Foto

Baş nazir xəbərdarlıq etdi: Şişirdilmiş qiymətlər...

Qarabağa qaytarılan ermənilərin sayı 51 mini ötdü

Baş nazir: Azad olunmuş ərazilərdə islahatlar olacaq

Əsədovdan antikorrupsiya tədbirləri ilə bağlı açıqlama

Prezidentdən Lütfü Zadə ilə bağlı - Qərar

Ermənilərin AŞPA-da təxribat cəhdi iflasa uğradı - Seyidov

Bakını qələbə münasibəti ilə hansı ölkələr təbrik edib?

Ölkəmizdə koronaya yoluxma sayında kəskin azalma

“Artsax” öldü, artıq leşdir: əl çəkin leşdən – Karamyan

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla