Yuxarı

Erməni tələsi: Əsgərlərimiz üçün zəhər qoyurlar...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erməni tələsi: Əsgərlərimiz üçün zəhər qoyurlar...

15:15

Sosial şəbəkələrdə Azərbaycan əsgərlərinin yemək yeyərkən turşu və mürəbbədən istifadə etməsi və bunların “ermənilərdən qalması”nı bildirməsi videolarının yayılmasından sonra ermənilər tələ hazırlamağa qərar veriblər.

Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilir ki, Azərbaycan Ordusunun nəzarətinə verilən və veriləcək rayonlardan çıxan ermənilər qəsdən bu cür “ərzaq”lar saxlayırlar. Ehtimal edirlər ki, Azərbaycan əsgərləri evlərə baxış keçirərkən bu ərzaqları tapacaq və istifadə edəcəklər. Ona görə də həmin turşu, mürəbbə və s. kimi qablaşdırılmış məhsulları zəhərləyib, evlərin görünən yerində qoyub gedirlər.

Sosial şəbəkə istifadəçiləri bu tip ərzaqlara əl vurmaması üçün əsgərlərimizə çağırış ediblər.

Qeyd edək ki, yaşayış məskənlərinin minalanması, qapılara, evlərin girişinə partlayıcı maddələrin qoyulması kimi alçaqlıların da müşahidə edildiyi haqda məlumatlar var.

Xatırladaq ki, 9 noyabrda imzalanan üçtərəfli Bəyanata əsasən, 20 noyabrda Ağdam rayonu Ordumuzun nəzarətinə verilib. Bu gecə - 25 noyabrda Kəlbəcər, 1 dekabra qədər isə Laçın rayonu Azərbaycanın nəzarətinə veriləcək.

Ordumuz son 20-25 ildə işğal edilən Azərbaycan kəndlərində məskunlaşan mülki ermənilərin getməsi üçün hər cür şərait yaradır, hətta onların əşyalarını yığmasına da yardım edir. Ordumuzun bu qədər humanistliyinə ermənilərin tələlərlə, zəhərlə cavab verməsinin isə adı var: bu, ermənilikdir!

Tarix
2020.11.24 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Vəzifəsindən azad olunan polkovnik Əsədova yüksək vəzifə verildi

İlham Əliyev sükan arxasında, Kadırov yanında... - Foto

İlham Əliyev və Kadırov birgə nahar etdi - Foto

Azərbaycanı Qarabağın həlli ilə bağlı təbrik edirəm!

İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - Foto

İlham Əliyev və Ramzan Kadırov Ağ Şəhərdə... - Foto

Kadırov buna görə İlham Əliyevə başsağlığı verdi

Şahbaz Şərif İlham Əliyevə zəng etdi

Rusiya və İranın zəifləməsi Azərbaycana sərf edər

Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla