Yuxarı

Ermənilərin "yanmış torpaq" strategiyası AK-nin diqqətində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Kəlbəcər bölgəsini tərk edən ermənilərin "yandırılmış torpaq" strategiyası Avropa Komissiyasının (AK) diqqətindən yayınmayıb.

Axar.az xəbər verir ki, bu barədə "Europe Diplomatic" onlayn jurnalında dərc olunan məqalədə deyilir.

Məqalədə Avropa Komissiyası mətbuat-katibinin sitatı da yer alıb:

"Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyətlə bağlı tərəflərdən gələn müxtəlif məlumatları və müxtəlif şikayətləri nəzərə alırıq. Əraziyə birbaşa giriş olmadığı üçün bu açıqlamaları təsdiqləmək çox çətindir və bu səbəbdən də bu ərazilərdəki vəziyyətlə əlaqəli konkret ittihamlara cavab verə bilməyəcəyəm. Lakin vacib olan atəşkəsə riayət etməkdir, buna tam riayət edilməlidir".

Məqalədə, həmçinin Azərbaycanın Kəlbəcər rayonunu tərk edən ermənilərin istifadə etdikləri "yandırılmış torpaq" strategiyası ilə bağlı mediada yer alan xəbərlərin ekoloqların böyük narahatlığına səbəb olduğu, meşələrin yandırılması və dağların bənzərsiz flora və faunasının qəsdən məhv edilməsi nəticəsində meydana gələn fəlakətə işarə etdiyi deyilir.

Məqalədə "yandırılmış torpaq" strategiyasının Kəlbəcər rayonunu tərk edən ermənilər tərəfindən istifadə edildiyi izah edilir:

"Onları evləri, bağları, meşələri yandırırdılar və sanitariya problemlərinə səbəb ola biləcək kütləvi şəkildə heyvan kəsiblər".

Qeyd edilib ki, "yandırılmış torpaq" strategiyası 1977-ci il Cenevrə Konvensiyalarına əsasən hərbi cinayət hesab olunur:

"Düşmənin potensial olaraq istifadə edə biləcəyi hər hansı bir şeyin məhv edilməsinə dair bu barbar strategiya beynəlxalq hüquq tərəfindən qınanır və hərbi cinayətkarlarla bağlı prosedurlar Beynəlxalq Haaqa Məhkəməsinin səlahiyyətindədir".

Tarix
2020.11.24 / 23:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla