Yuxarı

Erməni qoşunları bu ərazilərin hər birindən çıxmalıdır - Teys

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan qoşunlarının Azərbaycan torpaqlarının işğalı müddətində törətdikləri bütün terror aktları ilk növbədə, Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti tərəfindən pislənməlidir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bunu amerikalı ekspert Piter Teys deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğaldan azad edilmiş suveren ərazilərində indi müşahidə olunanlar onu göstərir ki, Ermənistanın terrorçu rəhbərliyi və silahlı qüvvələri tərəfindən işğal olunmuş əraziləri indiyədək görünməmiş barbarlıqla yandırılıb və dağıdılıb:

“Azad edilmiş ərazilərdən əldə olunan videokardlardan dağıntılar açıq-aşkar görünür. Azərbaycanın suveren ərazisinin 20 faizinin işğal altında saxlanması kütləvi etnik təmizləmə ilə müşayiət olunmuş qorxunc aktdır. Bütün bu aktlar ilk növbədə, Avropa Şurası Parlament Assambleyası və ABŞ Dövlət Departamenti tərəfindən pislənməlidir”.

O, əlavə edib ki, azad edilmiş Kəlbəcər rayonunda Ermənistanın törətdiyi ekoloji terroru dünya ictimaiyyətinin diqqətinə çatdırmaq lazımdır:

“Onilliklər boyunca rayonda meşə örtüyü məhv edilib, faydalı qazıntı yataqları istismar olunub. Erməni qoşunları Azərbaycanın suveren ərazilərinin hər bir qarışından çıxmalıdır”.

Tarix
2020.11.26 / 14:39
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla