Yuxarı

Qarabağın ən böyük gölləri hansılardır?

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın ən böyük gölləri olan Böyük Alagöl və Kiçik Alagöl Kəlbəcər rayonu ərazisindəki Şərqi və Cənubi Göyçə silsilələri arasında yerləşir. Göllər vulkan püskürmələri və çayların qarının kəsilməsi nəticəsində əmələ gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Faiq Mütəllimov bildirib.

O qeyd edib ki, dəniz səviyyəsindən 2729 metr yüksəklikdə yerləşən Böyük Alagölün sahəsi 510 hektar, uzunluğu 3670 metr, maksimal dərinliyi 9,4 metrdir:

“Böyük Alagölün hövzəsində yay vaxtı quruyan göllər də daxil olmaqla 30-dək göl var. Bunlardan ən böyüyü Kiçik Alagöl, Cilligöl və Dikpilləkən gölüdür. Gölün səthi noyabrın əvvəlindən aprelin sonunadək qalınlığı bir metrədək buzla örtülür. İyun-avqust aylarında isə suyun temperaturu 14-15 dərəcə olur”.

F.Mütəllimov bildirib ki, Böyük Alagölə 7 çay axır:

“Bunlardan ən böyüyü Qurbağalı və Azadçaydır. Kəlbəcərin ikinci ən böyük gölü olan Kiçik Alagöl Böyük Alagöldən 2 km cənub-şərqdə yerləşir. Sahəsi 0,9 kvadratkilometr, uzunluğu 2000 metr, maksimal dərinliyi isə 4 metr olan gölün çox hissəsi susevən bitkilərlə örtülüdür. Gölün əsas suyunu bir neçə kiçik çayın suları təşkil edir və suyun artmasında yeraltı sular müəyyən rol oynayır. Yay aylarında gölün suyunun səthində temperatur 14-16 dərəcədən yüksək olmur. Sözügedən gölün suyu hidrokarbonatlı-kalsiumla zəngindir. Oktyabrın axırlarından mayın əvvəllərinə qədər gölün səthi buzla örtülü olur”.

Nazirliyin əməkdaşı onu da bildirib ki, rayonun ərazisindən irili-xırdalı çoxlu çay axır, ən böyük çayları Tərtər və Xaçındır:

“Uzunluğu 200 km olan Tərtərçay Kür çayının Azərbaycandan keçən hissəsində ən çox sululuğa malik qoludur. Mənbəyini dağ bulaqlarından götürür, əsasən yeraltı sular hesabına formalaşır”.

F.Mütəllimovun sözlərinə görə, Kəlbəcər rayonundakı mövcud su ehtiyatları yenidən öyrəniləcək və qiymətləndiriləcək.

Tarix
2020.11.27 / 17:10
Müəllif
Xədicə Nəbiyeva
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla