Yuxarı

Ermənilər məscidi tövlə edib, qəbirləri dağıdıb – Rza Deqati

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər məscidi tövlə edib, qəbirləri dağıdıb – Rza Deqati

Ağdamın Qiyasi kəndində 18-ci əsrə aid olan məscid ermənilər tərəfindən tövlə kimi istifadə edilib.

Axar.az xəbər verir ki, bunu Ağdamın məscidinin fotolarını paylaşan “National Geografic” jurnalının fotojurnalisti, Azərbaycan əsilli tanınmış fransız fotoqraf Rza Deqati qeyd edib. O bildirib ki, ermənilər işğal etdikləri ərazilərdəki məscidləri tövləyə çevirib:

“Mədəni, mənəvi və dini irsə qarşı vandalizm anlaşılmaz və qəbuledilməzdir. Müxtəlif münaqişələrdə bunun şahidi olmuşam. Son bir neçə gündə Qarabağda qəbiristanlıqların dağıdıldığını, evlərin yandırıldığını və məscidlərin tövləyə çevrildiyini gördüm. Ağdamın Qiyasi kəndində 18-ci əsrə aid olan məscid azərbaycanlılar tərəfindən tapılanda isə nəcislə dolu idi. Buranı tərk etməzdən əvvəl işğalçı götürə bildiyini götürüb və məscidə od vurub. Yenidənqurma və bərpa çox vaxt aparacaq”.

Tarix
2020.11.30 / 15:26
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla