Yuxarı

Ordumuzun Laçına daxil olması Türkiyə mediasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuzun Laçına daxil olması Türkiyə mediasında

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələrinin dekabrın 1-də Laçın rayonuna daxil olması barədə məlumat Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən dünyada baş verən ən mühüm hadisə kimi təqdim olunub.

Axar.az xəbər verir ki, televiziya kanalları və xəbər agentlikləri, o cümlədən qəzetlərin elektron versiyaları Azərbaycanın işğalçı Ermənistan üzərində tarixi hərbi zəfərinin növbəti qələbəsi ilə bağlı anındaca məlumat yaymağa başlayıblar. Məlum təslimçilik razılaşmasına məcbur edilən Ermənistanın işğal etdiyi rayonlardan axırıncını tərk etməsi, o cümlədən qoşun birləşmələrimizin bölgəyə girməsi ilə bağlı geniş kadrlar yayılıb. Vurğulanır ki, bu gündən prosesin yeni bir mərhələsi başlanır.

Ermənilərin bölgəni tərk etməzdən əvvəl yaşayış binalarına, tarixi yerlərə və təbiətə qarşı törədilən amansız rəftar barədə süjetlər yayan telekanallar baş verənləri vandalizm aktı kimi dəyərləndirir. Diqqətə çatdırılır ki, eyni vəhşilik və vandallıq Ağdam və Kəlbəcər rayonları ərazisində təkrar olunub. Diqqətə çatdırılır ki, Azərbaycan humanistlik nümayiş etdirərək işğalçı qüvvələrin bölgəni tərk etməsinə yetərincə zaman verir. Lakin işğalçı ordunun silahlı quldurları azərbaycanlı əhalini öz yurdlarından vəhşiliklə, ayaqyalın qovmuşdular.

Tarix
2020.12.01 / 01:52
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı və Dəməşq arasında ilk məsləhətləşmələr keçirildi

MOSSAD-da mükəmməl islahat: İran daxildən necə vuruldu?

Dominqes Azərbaycana başsağlığı verdi

Litva və Azərbaycan arasında məsləhətləşmələr keçirildi

Tokayevdən Paşinyana böyük jest - Kremlə mesaj

Kimlərə güzəştli kreditlər veriləcək? - Prezidentdən qərar

İsraildən Paşinyanın qələbəsinə reaksiya

Ceyhun Bayramov Boçorişvili ilə görüşdü

Kinterodan Əliyevə: Anlaşmanı möhkəmləndirmək istəyirik

Rubionun maraqları ABŞ-ı Cənubi Qafqazda təhlükəyə atır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla