Bütün səlahiyyət TƏBİB-ə verilsin, SN isə... - Deputat
11:43
Ana səhifə Gündəm |
Əgər Söyüdlü qızıl yatağı ilə bağlı danışıqlar nəticə verməsə, 24 kənd və Vardenis şəhəri ağır vəziyyətə düşəcək.
Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.
“Mədənin 800 işçisi məlum insidentdən sonra işə çıxmır. Erməni rəhbərliyi əhalini təhlükəsizliklə əlaqədar işə çıxmamağa səsləyib. Onlara azərbaycanlılarla danışıqlar aparıldığı deyilib. Əməkdaşlara bildirilib ki, yatağın 30%-i ermənilərdə, qalan hissəsi isə Azərbaycanın nəzarətindədir”, – deyə qəzet bildirib.
Qeyd edək ki, Söyüdlü-Zod yatağı, sovet dövründəki sərhədlərə uyğun olaraq, 74 faiz Azərbaycanın ərazisinə düşür və hazırda da Ordumuz bu hissəni nəzarətə götürüb.
Tarix
2020.12.01 / 16:05
|
Müəllif
İlkin Həsənov
|