Yuxarı

Rusiya mediasında Qarabağ təhrifləri: Nə yazırlar?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya mediasında Qarabağ təhrifləri: Nə yazırlar?

Rusiyanın Müdafiə və Fövqəladə Hallar nazirliklərinin Azərbaycanın Qarabağ bölgəsində aktiv fəaliyyəti səbəbindən həm bu qurumların rəsmi məlumatları yayılır, həm də onlara istinadla şərhlər və münasibətlər sistemli hal alır.

Axar.az xəbər verir ki, bu məlumat və şərhlər içərisində ciddi narahatlıq yaradan istilahlar da az deyil.

Məsələn, Rusiya FHN az öncə “Dağlıq Qarabağ əhalisinə” yardım göndərildiyini elan edib.

“Dağlıq Qarabağ əhalisi”, “Dağlıq Qarabağın zərərçəkən sakinləri” yoxdur: Azərbaycanın Qarabağda məskunlaşdırılan erməni vətəndaşları var. “Dağlıq Qarabağ” – inzibati ərazi kimi də, bölgə kimi də mövcud deyil. Azərbaycanda iqtisadi zonanın adı Qarabağ və Yuxarı Qarabağdır.

“Dağlıq Qarabağ əhalisi” və yaxud “Dağlıq Qarabağ sakinləri” hansısa formada 1991-ci ildə de-yure ləğv edilən və 10 noyabr 2020-ci ildə Ordumuzun 44 günlük müharibənin nəticəsi olaraq de-fakto silib-süpürdüyü keçmiş qurumu yaşatmaq, olmayan bir şeydən varmış kimi danışmaq və bunu gələcək danışıqların predmetinə çevirmək cəhdidir.

Ekspertlər hesab edirlər ki, Rusiya mediasında bu cür halların yayılmasının qarşısını almaq üçün diplomatik çərçivədə addımlar atmaq, sözügedən media orqanlarının bu təhriflərə yol verməməsinə nail olmaq lazımdır.

Tarix
2020.12.02 / 11:21
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla