Yuxarı

Sülhməramlılar Qarabağda bu işləri davam etdirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sülhməramlılar Qarabağda bu işləri davam etdirir

Rusiya sülhməramlı kontingenti Qarabağda sosial əhəmiyyətli obyektlərin ərazilərinin minalardan təmizlənməsi üzrə işləri davam etdirir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gün ərzində ərazinin araşdırılması, Xankəndidə 10 saylı orta məktəbin ərazisindəki partlayıcı maddələrin axtarışı və təmizlənməsi başa çatdırılıb”, - məlumatda bildirilib.

Bundan başqa, elektrik enerjisinin, istilik təchizatının bərpası, həmçinin lazımi maddi vəsaitlərin təhlükəsiz çatdırılması üzrə işləri həyata keçirilib.

Yaxın zamanda rus sülhməramlılarının dəstəyi ilə digər təhsil müəssisələrinin də açılması planlaşdırılır.

Qeyd edək ki, mühəndis bölmələri Qarabağda 34 hektardan çox ərazini, 12 kilometrədək məsafəni minadan təmizləyib, 110-dan çox ev və sosial obyekti yoxlayıb, 1077 partlayıcını aşkarlayaraq zərərsizləşdirib.

Tarix
2020.12.02 / 12:33
Müəllif
Xədicə Nəbiyeva
Digər xəbərlər

Bu mərkəzə yeni direktor təyin olundu

Bayramov və Fidan arasında telefon danışığı oldu

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

Sahibə Qafarova bu türk ölkəsinə getdi

Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan

Bayramovla ABŞ rəsmisi arasında kritik görüş

Kvrivişvili İlham Əliyevlə görüşündən danışdı

Çaylarla bağlı məsələni Bakı ilə danışmalıyıq - Paşinyan

Azərbaycan və Gürcüstan hərbi əməkdaşlığı müzakirə etdi

Paşinyan Azərbaycanla delimitasiya prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla