Yuxarı

Araikin çağırışı: Nazirlik tədbir görəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araikin çağırışı: Nazirlik tədbir görəcək

“Karabakh Telecom”un Azərbaycan ərazilərində xidmət göstərməsi qeyri-qanunidir.

Bu sözləri Axar.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Gözəlova deyib. O bildirib ki, bu məsələ Azərbaycan dövlətinin ciddi nəzarətindədir:

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən hazırlanan təkliflərdə də bu şirkətin qanunsuz fəaliyyətinin dayandırılması məsələsi var. Azərbaycan öz ərazi bütövlüyünü Vətən müharibəsinin yekun nəticəsi olaraq təmin etdi.

Ümumiyyətlə Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ ərazisində istənilən formada rabitənin təşkili və istifadəsi Azərbaycan Respublikasının icazəsi ilə həyata keçirilə bilər.

Eyni zamanda bu ərazilərdə rabitənin təşkili Azərbaycanın Milli Nömrələmə Planına uyğun və həmin ərazilər üçün müəyyən edilən kodlar üzərindən təşkil edilməlidir və ediləcək”.

Qeyd edək ki, ötən gün Qarabağ separatçılarının terrorçu rəhbəri Araik Arutyunyan Ermənistanın mobil operator şəbəkələri rəhbərləri ilə görüş keçirərək, onları Qarabağa çağırmış və Qarabağ ərazisi ilə Ermənistanın rabitə şəbəkəsini “birləşdirməyi” təklif etmişdi.

Tarix
2020.12.04 / 12:53
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla