Yuxarı

PUA-ları ona görə dayandıra bilmədik ki... – Paşinyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
PUA-ları ona görə dayandıra bilmədik ki... – Paşinyan

Müharibə zamanı Dağlıq Qarabağ səması qapadılmamışdı. Ona görə ki, 42 milyon dollara alınan radio-elektron mübarizə sistemləri işləmədi.

Axar.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan xalqa müraciəti zamanı deyib.

“Xanımlar və cənablar, 2017-ci ildə erməni ordusu üçün 42 milyon dollara sistemlər aldınız. Bəlli oldu ki, onlar işləmirlər. Bu razılaşmanın həmmüəllifi guya sensasion bəyanat verir və deyir ki, ona bu sistemi almaq yerinə Su-30 almaq imkanı yaradılıb, amma o razılaşmayıb. İşləməyən sistemləri xeyirxahlığınıza görə almısınız?”

Paşinyan guya 2,5 il müddətində nə mümkündürsə, o silahları da aldığını iddia edib. O deyib ki, əsgərin ayaqqabısı, geyimindən tutmuş avtomata, patrona, təyyarəyə, müdafiə sistemlərinə qədər, hər şeyi almalı idilər:

“Biz 20 ildə alınmayan bu şeyləri almalı idik. Bəli, 2 il müddətində biz bunları etmədik, bəs 18-20 il müddətində siz niyə etməmişdiniz? Xaricdə ada, mülklər, villalar ala bilirdiniz, bunları yox?”

Tarix
2020.12.05 / 13:29
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla