Yuxarı

Qarabağda bu ərazidə erməni əsgərləri gizlənir - Zöhrabyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağda bu ərazidə erməni əsgərləri gizlənir - Zöhrabyan

23:07

İtkin düşdükləri hesab olunan erməni hərbçiləri sağdır və meşələrdə gizlənirlər.

Axar.az xəbər verir bu barədə Çiçəklənən Ermənistan Partiyasından deputat Naira Zöhrabyan Feysbuk səhifəsində yazıb.

Zöhrabyan bildirib ki, mütəmadi olaraq itkin düşmüş əsgərlərin valideynləri ilə görüşür. Və onlarda məlumat var ki, övladları sağdır və Hadrutun Çinarlı (Vəng) kəndinin ətrafında gizlənirlər.

“İtkin düşən əsgərlərdən birinin anası bildirib ki, təxminən 8 gün əvvəl meşədə gizlənən əsgərlərimiz 911 nömrəsinə zəng edərək kömək istəyiblər”, - Zöhrabyan bildirib.

Onun sözlərinə görə, “dqr” “rəsmisi” Vitali Balasanyan axtarış işlərinə başlanıldığını və bununla bağlı Rusiya sülhməramlılarının lideri Rüstəm Muradovla müzakirələrin aparıldığını deyib.

Bu gün Çiçəklənən Ermənistan Partiyasının daha bir deputatı, vitse-spiker Vaqe Enfiacyan Hadrut ətrafında hətta "atışmalar da olduğunu" iddia edib.

Qeyd edək ki, Hadrut Ordumuzun tam nəzarətindədir və səsləndirilən bu fikirlərin manipulyasiya olması ehtimalı çox yüksəkdir - xüsusilə "atışma" iddiası. Hər halda 30 ildir qurduqları dördqat müdafiə xəttinin bir həmlədə, Ermənistan ordusunun bir korpusunun isə bircə əməliyyatda məhv olduğunu erməni rəsmiləri özləri açıqlayıblar. Belə halda Hadrutda gizlənən bir dəstə silahlının Ordumuzla atışmaya cəsarət etdiyini demək üçün ancaq erməni olmaq lazımdır.

Tarix
2020.12.05 / 23:52
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla