Yuxarı

AXCP-dәn: "İstefa Müsavatın bəhanələrinə son qoymaq üçün idi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən getməsi Müsavat Partiyasının bu istiqamətdə fəaliyyətinin nəticəsidir".

Bu sözləri "Axar.az"a açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədrliyindən getməsi ilə bağlı xəbəri şərh edərkən dedi. O bildirdi ki, Rüstəm İbrahimbəyovun bu addımı Müsavat partiyasının bəhanələrinə son qoymaq üçün idi:

"Özünün də dediyi kimi, Müsavat partiyası onun qurumdakı təmsilçiliyinə qarşı çıxmaqla əslində Milli Şuranın bütövlüyünə qarşı çıxırdı. Rüstəm İbrahimbəyov fəxri sədrlikdən ona görə getdi ki, Müsavat partiyasının dDemokratik qüvvələrlə bir yerdə fəaliyyət göstərməsinə heç bir bəhanə qalmasın".

AXCP funksioneri onu da dedi ki, Müsavat partiyası qurumdakı təmsilçiliyi ilə bağlı mövqeyini qətiləşdirməli və nəyə görə Milli Şuradakı qüvvələrlə əməkdaşlıq etmək məsələsində qərarsız olduğunu açıqlamalıdır:

"Müsavat Partiyası Milli Şuradan çıxmaq məsələsini nəyə görə müzakirə mövzusu etməsi barədə suallara cavab verməlidir. İndiyə qədər Rüstəm İbrahimbəyovu bəhanə edirdilər, ona da nail oldular. İndi açıqlama versinlər ki, nəyə görə demokratik qüvvələrlə birgə fəaliyyət göstərmək məsələsini müzakirə mövzusu edirlər?"

Tarix
2013.12.26 / 22:30
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla