Yuxarı

Ordumuz onlarla polisi bir zərbəyə necə məhv etdi? – Detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 4-də Şuşanın Mədəniyyət Evində məhv edilən çoxsaylı polis birlikləri ilə bağlı erməni mediası bəzi detalları açıqlayıb.

Axar.az xəbər verir ki, erməni mediası bu zərbə və nəticədə məhv edilənlərlə bağlı hələ də rəsmi olaraq dəqiq məlumat yayılmadığını və bir çox məsələlərin gizli qaldığını açıqlayıb.

Belə ki, Şuşada yaşayan şahidlər hadisə barədə maraqlı sirri ictimailəşdiriblər.

Şahidlərdən biri deyib ki, səhər saatlarında mağazadan qayıdarkən həyəcan siqnalı işə düşüb və o, qonşuları ilə birgə binanın zirzəmisinə düşüb. Bu zaman binanın yanında bir neçə polis maşını dayanıb və polis formasında bir nəfər onlara yaxınlaşaraq, sığınacağın harada olduğunu soruşub. Sakinlər polislərə sığınacağı göstərib və hamısı ora doluşublar.

“Onlarla polis bizim sığınacaqda gizləndi, digərləri qonşu binaların zirzəmilərinə üz tutdu. Biz qonşularla onlara kofe hazırladıq”, - qadın şahidlərdən biri bildirib.

Qadının sözlərinə görə, polislərdən biri harada olduqlarını soruşub. “Şuşada” cavabını alanda isə çox təəccüblənib. “Bizi Noyamberyana sərhədi mühafizə etmək üçün gətirdiklərini deyiblər”, - polis bildirib.

Polis qrupunun rəhbəri kiminləsə rabitə əlaqəsi saxlayıb və ona deyiblər ki, olduğunuz yerdə qalın.

Qadın danışıb ki, bir müddətdən sonra öz evində olarkən həyətdə partlayış və qışqırıq səsləri eşidib:

“Yenidən zirzəmiyə düşəndə yaralı polisləri gördüm, digərləri beton-sement toz-torpağının içində idilər”.

Mədəniyyət Evi bu şahidlərin evindən 150 metrlikdə yerləşirmiş. Şahidlər danışıb ki, polislər Mədəniyyət Evinə iclasa toplaşıblar və bu vaxt zərbə endirilib:

“Tavan dağılıb polislərin üstünə tökülmüşdü. Onlarla ölən, yüzlərlə yaralı vardı. Yüngül yaralanan polislər bizim sığınacağa gəldilər və biz onlara ilkin tibbi yardım göstərdik”.

Qadın deyib ki, zirzəmilərə yerləşdirilən polislər 3 gün ordan çıxmayıblar, onlar yerlərinin bilinməsindən qorxublar və nə etmək lazım olduqlarını bilməyiblər.

Rəsmi versiyaya görə, bu zərbə nəticəsində 20 polis ölüb, 200 polis yaralanıb. Ümumilikdə isə Qarabağ savaşında 65 polisin öldüyü, 200-nün yaralandığı qeyd edilib.

Bu məlumatı erməni mediası şahid ifadələri səbəbindən sualla qarşılayıb və itkilərin bundan dəfələrlə çox olduğunu qeyd edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun diqqətindən yayınmaq üçün Mədəniyyət Evinə yığışan polsilərin əməliyyat müşavirəsi keçirdiyi, bu zaman endirilən zərbə nəticəsində isə 300-ə yaxın hüquq-mühafizə orqanı əməkdaşının məhv edildiyi bildirilirdi.

Maraqlı məqam isə həmin şəxslərin aldadılaraq Şuşaya gətirilməsidir. Onların “Bura haradır” soruşmalarından hiss olunur ki, həmin şəxslər bundan əvvəl heç vaxt Şuşada olmayıblar.

Niyə onlar Şuşaya gətiriliblər və hansı əməliyyata hazırlanırmışlar?

Bu suallara aydınlıq gətirilməsə də, Azərbaycan Ordusunun bu planın qarşısını necə aldığı hər kəsə bəllidir.

Yeri gəlmişkən, ötən gün o zərbədən sonrakı vəziyyətlə bağlı daha bir video yayılmışdı. Sözügedən videoda dağıntılar altında qalan erməni polislərin necə məhv edildiyi aydın görünürdü.

Tarix
2020.12.26 / 22:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Serbiya prezidenti İlham Əliyevə zəng etdi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

Biz bu gün su mənbələrimizə tam sahib olmuşuq

İran nüvə silahı ilə cavab verəcək? - Rusiyadan baxış

Prezidentin yüksək vəzifə verdiyi Adıgözəlov - Dosye

Tokayevin İrəvanda Bakıya qarşı təhlükəli gedişi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla