Yuxarı

Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gorusdakı bu ərazilər Azərbaycanın nəzarətinə keçdi

Ermənistanın Sünik vilayətinin Gorus rayonunda 12 bina və tikili Azərbaycanın nəzarətinə keçib.

Axar.az xəbər verir ki, bunu Gorus merinin müavini İrina Yolyan deyib.

Yolyanın sözlərinə görə, 12 tikilidən 3-ü yaşayış evidir:

“Sakinlər əmlaklarını çıxarıblar. Evlərlə yanaşı, yerli bağçılıq müəssisələrindən biri tərəfindən inşa edilmiş tikililər də Azərbaycana veriləcək. Azərbaycanlılar artıq bu ərazidədir. Məlumat var ki, onlar orada başqa nişan qoymaq istəyirlər”, - Yolyan bildirib.

Qeyd edək ki, ərazilərimiz işğal altında saxlanıldığı zaman ermənilər sərhədi qabağa çəkib və burda həm məskunlaşıb, həm də torpağımızı istismar ediblər. Hazırda Ordumuz sərhədlərimizi bərpa edir.

Gorusdakı Şurnux kəndindəki 12 binanın da Azərbaycan ərazisinə düşdüyü bildirilmiş və o binaları boşaltmaq üçün Ordumuz ermənilərə vaxt vermişdi.

Kənd icra nümayəndəsi Akop Akrşakyan isə sakinlərin evlərində ən azı 2-3 yanvara qədər qalacağını bildirib.

Tarix
2020.12.29 / 21:22
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan Azərbaycana qarşı çıxan Saralı istefaya göndərdi - Təcili

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla