Yuxarı

Erməni həyasızlığı bitmir: Rus sərhədçiləri çağırdılar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Sünik (Zəngəzur) mahalındakı Şurnux kəndində Azərbaycan ərazisini qəsb etmək həyasızlığı davam edir.

Axar.az xəbər verir ki, Sünik qubernatoru Melikset Poqosyan artıq əraziyə erməni hərbçi və sərhədçilərinin gəldiyini, eyni zamanda Rusiya Sərhəd Xidməti dəstəsinin də orada olduğunu bildirib.

O qeyd edib ki, rus sərhədçiləri sərhəddə, o cümlədən Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən 21-ci kilometrliyində dayanıblar:

“Rus sərhədçilər həm də Şurnux kəndindədir. Yerli əhalini provokasiyaya uymamağa və gərginlikdən qaçmağa çağırırıq. Ermənistan ordusu, sərhədçiləri və rus sərhədçiləri vəziyyətə nəzarət edir”.

Qeyd edək ki, torpaqlarımız işğal altında olarkən Şurnux kəndinin sakinləri sərhədi keçərək, Azərbaycan ərazilərini istismar ediblər, hətta torpaqlarımızda evlər, obyektlər də inşa ediblər. Hazırda isə onlar zəbt etdikləri ərazilərimizdən çıxmamaq üçün bütün həyasızlıqlara gedirlər.

Ermənistan sərhədlərini qoruyan rus sərhədçilərinin də sözügedən hissənin Azərbaycan ərazisi olduğunu bildirməsinə baxmayaraq, ermənilər hələ də inad edirlər.

Azərbaycan Ordusu isə sözegdən sahənin və 12 binanın boşaldılması üçün ermənilərə verdiyi vaxtı 5 yanvara qədər uzadıb. Kənddə isə Ordumuz artıq post qurub.

Tarix
2021.01.02 / 21:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla