Yuxarı

YAP qərar verəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
YAP qərar verəcək

"Yeni hökumətin tərkibində yer alan Əli Əhmədovun partiyanın icra katibi vəzifəsini bundan sonra icra edib-etməyəcəyi ilə bağlı qərarı Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev verəcək".

"Axar.az"ın "APA"ya istinadən verdiyi xəbərə görə, bu sözləri YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. O bildirib ki, partiyanın Nizamnaməsində digər partiya vəzifələrindən fərqli olaraq bununla bağlı konkret müddəa yoxdur: "Ona görə də Əli müəllimin hökumətdə vəzifə tutması ilə əlaqədar olaraq icra katibi vəzifəsində qalıb-qalmayacağı məsələsinə YAP sədri baxıb, qərar verəcək. Hər şey onun qərarından asılıdır".

S. Novruzov həmçinin əlavə edib ki, bu gün Nazirlər Kabinetində görüş keçiriləcək və orada müavinlər arasında sahə bölgüsü aparılacaq: "Orada Əli Əhmədovun hansı sahə üzrə fəaliyyət göstərəcəyi məlum olacaq".

Tarix
2013.10.23 / 15:05
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla