Yuxarı

Şurnuxda ermənilər 1 evi saxlamaq istədilər, alınmadı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Şurnux kəndinin 12 evin yerləşdiyi ərazisi Azərbaycana təhvil verilib.

Axar.az xəbər verir ki, bunu Gorus icmasının rəhbərinin müavini Menua Ovsepyan "Sputnik Ermənistan"a açıqlamasında deyib.

Onun sözlərinə görə, sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində ötən gün 11 evin veriləcəyi, bir evin isə saxlanılacağı açıqlansa da, sonda o evin də sahibi köçmək qərarı verib. Ev sahibi deyib ki, evi Azərbaycan Ordusunun postunun düz yanındadır və orada yaşaya bilməz. Beləliklə, ermənilər dünənki inadlarından geri çəkiliblər.

Kənd nümayəndəsi Akop Arşakyan agentliyə bildirib ki, kəndlilər son əşyalarını toplayıb gedirlər və kəndin Azərbaycana aid hissəsinin girişində nəzarət nöqtəsi qurulub.

"Bu gün kəndlilərlə bir görüş keçirdik, orada erməni sərhədçiləri, bir neçə rus sülhməramlısı da var idi. Kəndlilərə açıq şəkildə qaytarılan əraziyə keçməməyi, hətta heyvanlarının da orada gəzməməsini təmin etməyi tapşırdılar", — Arşakyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanın Sünik vilayətinin Şurnux kəndində 12 binanın Azərbaycanın ərazisinə düşdüyü təsdiqlənmişdi. Yanvarın 2-də Azərbaycan Ordusu ərazidə post quraraq, ermənilərə həmin evləri boşaltmaları üçün yanvarın 5-nə kimi vaxt vermişdi.

Tarix
2021.01.04 / 16:57
Müəllif
Fatimə Zülfüqar
Şərhlər
Digər xəbərlər

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla