Yuxarı

YAP rəhbərliyi Qarabağ qazisinə baş çəkdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvləri Bakının mərkəzində özünü yandıran Qarabağ əlilinə baş çəkiblər.

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavinləri, millət vəkilləri Siyavuş Novruzov və Mübariz Qurbanlı bu gün Zaur Həsənova baş çəkiblər. Yaralının vəziyyəti ilə maraqlanan deputatlar xəstəni ziyarət etməyə gələn digər əlillərlə də görüşərək məsələ ilə yaxından tanış olublar.

S.Novruzov APA-ya açıqlamasında bildirib ki, xəstənin vəziyyəti tam nəzarət altındadır: "Yaralıya nə lazımdırsa, olunur. Xəstə sağalandan sonra onun məsələsinə hüquqi qaydada baxılacaq".

Qeyd edək ki, dekabrın 25-də II qrup əlil, 5 uşaq atası Zaur Həsənov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında üstünə benzin tökərək özünü yandırıb. Ərazidə xidmət aparan polis əməkdaşlarının səyi nəticəsində Z.Həsənovun həyatı xilas edilib. O, hadisə yerinə çağırılan təcilli tibbi yardım ilə xəstəxanaya aparılıb.

Tarix
2013.12.27 / 12:35
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla