Yuxarı

Mehdiyevin şərhi: Moskva görüşündə nə əldə etdik? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:21

Moskvada keçirilən görüşdə danışılan hər şey ictimaiyyətə açıqlanmayıb. Bu da normaldır. Bununla belə üçtərəfli bəyanat qəbul edildi. Yəni bir qəbul edilən məsələ, bir də qəbul olunmayan iki məsələ var - əsirlərin qaytarılması və erməni birləşmələrin Qarabağdan çıxarılması.

Axar.az xəbər verir ki, bu barədə beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev şərhində qeyd edib.

O bildirib ki, Moskva görüşü irəliləyişdir:

“Ermənistan onsuz da 10 noyabr tarixli bəyanatın 9-cu bəndini icra etməli idi. Bugünkü bəyanatda da bu məsələ bir daha təsdiqləndi. O ki qaldı Azərbaycan üzərindən Rusiya mallarının Ermənistana ikitərəfli daşınmasına, deyə bilərəm ki, bu da bizim milli maraqlara zidd deyil, əksinə, daha yaxşıdır. Səbəbini iqtsadçılar daha ətraflı izah edə bilər. Bizim də Naxçıvana maneəsiz insan və yükdaşımamız təmin olunacaq.

Diqqətəlayiq digər məsələ də ondan ibarətdir ki, Zəngilan-Qubadlıdan Naxçıvana gedən tranzit yüklərdən Ermənistan hansısa gömrük, ya da tranzit rüsumu istəyə bilməz, halbuki biz öz ərazimizdən daşınacaq tranzit erməni malları ilə bağlı MDB çərçivəsində mümkün olan rüsum və xərc tətbiq edə biləcəyik. Bundan başqa, ictimai təhlükəsizlik, ictimai qayda, fitosanitar təhlükəsizlik səbəbləri ilə müvəqqəti olmaq üzrə olsa da, erməni mallarının tranzitinə məhdudiyyətlər qoya biləcəyik”.

Ekspert qeyd edib ki, nəqliyyat xətlərinin açılması, kommunikasiyaların bərpa edilməsi Ermənistanda revnaşistlərin havasını endirəcək. Qarabağın Ermənistan tərəfindən Azərbaycan ərazisi kimi tanınması üçün iki ölkə arasında münasibətlərin yumşalması vacibdir.

F.Mehtiyevin sözlərinə görə, erməni əsirlərin qaytarılmaması gözlənilən idi:

“Mahiyyət etibarilə bu, razılaşmanın 4-cü bəndinin icrasının (erməni silahlı qüvvələrinin çıxarılmasının) təminatıdır. Lakin onu qeyd edim ki, hökumətin 4-ci bəndin icrası ilə bağlı başqa bir planı daha var. Belə ki, erməni əsgərləri Qarabağda tədricən yoxa çıxacaq, orada xidmət etməkdən imtina getdikcə artacaq, ailələri imkan verməyəcək.

Dağlıq Qarabağın inkişafında hər 3 dövlətin birgə rol oynayacağına dair bəyanat da bir irəliləyişdir. Təbii ki, indiki vəziyyət maksimalist yanaşmaya – “Rusiya da, ermənilər də Qarabağdan dərhal çıxsın, hər şey bizlikdir” tələblərinə uyğun deyil, amma yenə da irəliləyişdir. Bu günə kimi Rusiya orada nə olub-bitəcəyinə dair təkbaşına qərar verirdi, indi rəsmən bizim də bu işdə rol alacağımızı qəbul edib. Yəni tədricən də olsa, DQ-da öz yurisdiksiyamızı bərpa edirik”.

Professorun sözlərinə görə, bizim vətəndaş cəmiyyətinin, ziyalı və ekspertlərin bu prosesə öz sahəsi üzrə və bacardığı qədər töhfəsi lazımdır:

“Məsələn QHT-lər xalq diplomatiyasına girişə bilər, amma qırmızı xətlərimiz odur ki, Qarabağ Azərbaycandır. Belə ki, yerli QHT-lərimiz erməni QHT-ləri ilə əlaqəyə keçərək meyitlərinin axtarışına kömək edə bilər. Bu məsələdə hökumət QHT-lərə dəstək göstərsə, yaxşı olardı.

Biz müharibədən qalibiyyətlə çıxmış xalqıq (Putin tərəfindən durdurulduq), ermənilər də bunu bilir. Bir tərəfdən toppuzumuzu göstərməli, o biri tərəfdən də “adam ol, özünü adam kimi apar” deməyi də bacarmalıyıq”.

Tarix
2021.01.12 / 13:14
Müəllif
Turan Rzayev
Şərhlər
Digər xəbərlər

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla