Yuxarı

Putindən Əliyevə: Bunu vurğulayır və təşəkkür edirəm!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putindən Əliyevə: Bunu vurğulayır və təşəkkür edirəm!

Dağlıq Qarabağ nizamlanması ilə bağlı hadisələrin kontekstindən əlavə, bizdə ikitərəfli gündəlik də mövcuddur və bununla əlaqədar, bizim Böyük Vətən müharibəsində Qələbənin 75 illiyini qeyd etməyimizlə bağlı işi bir daha vurğulamaq və təşəkkürümü bildirmək istərdim.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin həmkarı İlham Əliyevlə təkbətək görüşdə deyib.

"Bu, bütün ölkələrimiz üçün, postsovet məkanındakı bütün ölkələr üçün çox əlamətdar hadisə idi. Ona görə ki, biz hamımız o vaxtkı ümumi vətənimizin azadlığı, müstəqilliyi uğrunda mübarizədə iştirak edirdik.

Bu gün Rusiya ilə Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu, ilk növbədə, əlaqələrin iqtisadi tərkib hissəsinə aiddir. Bizim birgə işimizin əksər istiqamətləri, o cümlədən iqtisadiyyat istiqaməti üzrə üst-üstə düşən maraqlarımız çoxdur. Mən çox ümid edirəm ki, bütövlükdə Cənubi Qafqazda vəziyyətin nizamlanması üzrə iş, şübhəsiz, indicə dediyim kimi, bizim ikitərəfli münasibətlərin də xeyrinə olacaq. Mən onu əsas götürürəm ki, bu nizamlama bizim həm iqtisadiyyatda, həm də humanitar sahədə daha sıx, daha sistemli münasibətlər qurmağımıza imkan verəcək", - V.Putin vurğulayıb.

Tarix
2021.01.12 / 08:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla