Yuxarı

İrəvanın ərazi bütövlüyümüzü tanıması... - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva bəyanatı Azərbaycan üçün müsbət olsa da, hələ də müzakirəyə ehtiyac duyulan məsələlər qalmaqdadır. Bunlardan ən vacibi regional əməkdaşlıq, buna mane olan amillərin aradan qaldırılması, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Düşünürəm, bu istiqamətdə yeni görüşlərə ehtiyac var.

Bu sözləri Axar.az-a millət vəkili Elman Nəsirov Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı 11 yanvar Bəyanat haqda danışarkən deyib.

O bildirib ki, Moskva görüşü mahiyyət etibarilə çox vacib idi:

“Görüşü vacib edən əsas məqam 44 günlük müharibədən sonra tərəflərin ilk dəfə bir araya gəlməsi idi. Bu mənada müzakirə ediləcək, aydınlaşdırılacaq məqamlar çox idi.

Moskva görüşü həm Azərbaycan, həm də erməni cəmiyyətində ciddi marağa səbəb olmuşdu. Xüsusilə də erməni cəmiyyəti bu görüşü Ermənistan üçün növbəti faciə adlandırırdı. Təsadüfi deyil ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Moskvaya səfəri ölkəsində ciddi narazılıqla qarşılandı. Amma istənilən halda görüş baş tutdu.

Moskva görüşündə təkliflər, narazılıqlar dilə gətirildi və sonda 4 bəndlik bir bəyanat imzalandı. Bəyanatı qiymətləndirməli olsam, deyə bilərəm ki, tərəflərin ortaq məxrəcə gəldiyi başlıca məsələlər iqtisadi müstəvidə oldu.

Bildiyiniz kimi, 10 noyabr tarixli Bəyanatın 9-cu bəndində qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında iqtisadi və nəqliyyat əlaqələri bərpa edilsin. Bu əlaqələrin necə bərpa edilməsi, nəqliyyat keçidinin təmin olunması məsələlərində müzakirələrə ehtiyac var idi. 11 yanvar tarixli Bəyanat mahiyyət etibarilə 10 noyabr tarixli Bəyanatın 9-cu maddəsinin icra mexanizmini təsdiqlədi. Məntiqli yanaşsaq, görə bilərik ki, əslində, bu, həm də digər maddələr üçün də yeni görüşlərin, danışıqların keçirilməsini zəruri edir. Yəni bu istiqamətdə görüşlərin təşkili gözləniləndir”.

E.Nəsirovun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Azərbaycan ikitərəfli əlaqələrinin bərpa edilməsi üçün ilk növbədə işçi qrupunun yaradılması ilə bağlı təklifi müsbət bir addımdır:

“İşçi qrupu yanvarın 30-da bir araya gələcək. Onlar Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpası prosesində əsas istiqamətləri müəyyən edəcəklər. Yəni nəqliyyat, iqtisadiyyat məsələləri prioritet olacaq və ilk növbədə bu məsələlər həllini tapacaq”.

Tarix
2021.01.12 / 12:35
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla