Yuxarı

Putinin tapşırığı: FTX Qarabağ üçün önə çıxır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putinin tapşırığı: FTX Qarabağ üçün önə çıxır

Ermənistanda daxili siyasi mübarizə nə qədər güclü olarsa, regional sülh prosesinin irəliləməsi bir o qədər ləng olacaq. Bunun fonunda Bakı və İrəvan nümayəndələrinin iştirakı ilə danışıqlar aparmaq çətin olacaq. Bu, həmçinin Moskva üçün də müəyyən çətinliklər yaradır.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq, iqtisadçı Mixail Neyjmakov üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən deyib.

“Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu işə başlayacaq, hətta müvafiq tədbirlərin siyahısı və qrafikini (birgə bəyanatda deyildiyi kimi) təqdim edəcək, amma Bakı ilə İrəvan arasında qarşılıqlı inamsızlıq bu planların gerçəkləşdirilməsini ləngidəcək. Çox güman ki, bu cür nəqliyyat dəhlizləri üzrə yüklərin və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi üçün sonrakı zəmanətlər üzrə danışıqlar fəallaşacaq, bu təminatların reallaşdırılmasında isə Rusiya strukturları mühüm rol oynayacaq. Təsadüfi deyil ki, üçtərəfli görüşdən öncə Cənubi Qafqazdakı vəziyyətlə bağlı keçirilmiş iclas barədə rəsmi məlumatda ilk söz FTX-nin direktoru Aleksandr Bortnikova verildi. Ola bilsin ki, gələcəkdə nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi zamanı koordinasiya məsələləri çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əlaqələrə toxunulsun”, - o bildirib.

Tarix
2021.01.12 / 18:18
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla