Axar.az
Yuxarı

Axar.Az Logo

İlham Əliyevdən UEFA-2020 ilə bağlı - Qərar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Vergi Məcəlləsinə və “Gömrük tarifi haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Axar.az xəbər verir ki, dəyişikliklər UEFA-2020 futbol çempionatı ilə bağlı vergidən azadolmanın müddətinin daha 1 il uzadılmasını nəzərdə tutur.

Sənəddə deyilir ki, Avropa Futbol Assosiasiyaları Birliyinin (UEFA) İcraiyyə Komitəsi ötən il Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, Azərbaycan həmçinin, 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarına da ev sahibliyi etməli idi. Hazırda bütün dünyada yeni növ koronavirusun (COVİD-19) yayılması ictimai-siyasi, sosial-iqtisadi həyatın bütün sahələrinə təsir etdiyi kimi, idman sahəsindən də yan keçməyib, o cümlədən böyük idman oyunlarının keçirilməsi təxirə salınıb.

Bildirilib ki, bu səbəbdən futbol üzrə Avropa çempionatının 2020-ci ildə keçirilməsi nəzərdə tutulan oyunlarının 2021-ci ildə Bakıda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 9 aprel 2019-cu il tarixli və “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə” 9 aprel 2019-cu il tarixli qanunların qüvvədə olma müddətinin 1 avqust 2021-ci il tarixinə qədər uzadılması nəzərdə tutulur.

Həmin qanunlarla Azərbaycanda keçirilən UEFA 2019 Avropa Liqasının final oyunu və UEFA 2020 Futbol çempionatının oyunları ilə əlaqədar bir çox vergi növləri üzrə - gəlir vergisindən, mənfəət vergisindən, ƏDV-dən, aksizli mallara görə aksizdən, habelə gömrük rüsumlarından azadolmalar nəzərdə tutulub.

Tarix
2021.01.12 / 22:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Şif erməniliyinə davam edir: “Dqr”in “müstəqilliyi”

Paşinyanın Şuşa haqda həqiqəti deməsi İrəvanı silkələyir

Türkiyə Qarsdakı təlimlə bağlı məlumat yaydı

ASALA Ankara və Bakını təhdid etdi: Az qalıb!

Mühüm razılaşma: İrəvana yeni “yumşaq təzyiq” yolu...

ABŞ səfiri İrəvanda Qarabağla bağlı görüş keçirdi

ABŞ-dan Bakıya qarşı ilk açıqlama: başlandı...

Qarabağa qaytarılan ermənilərin – Son sayı

Bakı Transxəzər boru kəmərini canlandırır - Korıbko

Yəhudiləri Azərbaycana bağlayan səbəb – Levin

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla