Yuxarı

İndoneziya mediasından Moskva görüşünə xüsusi diqqət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İndoneziya mediasından Moskva görüşünə xüsusi diqqət

İndoneziya mətbuatı yanvarın 11-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin iştirakı ilə Moskvada keçirilən üçtərəfli görüşü geniş işıqlandırıb.

Axar.az xəbər verir ki, İndoneziyanın ANTARA Milli Xəbər Agentliyi, “respublika.co.id”, “dunia.rmol.id”, “gontornews.com”, “arrahmah.com”, “ihram.co.id” və digər saytları Rusiya Prezidenti Valdimir Putinin təşəbbüsü ilə keçirilən görüş barədə ətraflı məlumatlar yayıblar. İnformasiylarda görüş zamanı müzakirə olunan məsələlərə və qəbul edilən üçtərəfli bəyanata xüsusi diqqət yetirilib. Vurğulanıb ki, bu, ötən ilin sentyabrında başlayan və noyabrda başa çatan altı həftə davam edən müharibədən sonra tərəflər arasında keçirilən ilk görüşdür.

Bildirilir ki, görüşdən sonra açıqlama verən liderlər bərpa işlərinin aparılması məqsədilə işçi qrupun yaradıldığını elan ediblər.

Məlumatlarda münaqişənin tarixinə də nəzər salınıb. Azərbaycanın 30 ilə yaxın Ermənistan ordusu tərəfindən işğal altında saxlanılan torpaqlarının son döyüşlər nəticəsində azad edildiyi qeyd olunub.

Qeyd edilib ki, bu görüş regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, tərəflər arasında davam edən kiçik iğtişaşların aradan qaldırılması üçün xüsusi əhəmiyyətə malikdir.

Tarix
2021.01.13 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla