Yuxarı

Azərbaycanda Elçibəy adlı biri vardı... – Rus ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda Elçibəy adlı biri vardı... – Rus ekspert

Azərbaycan prezidenti olmuş Elçibəy adlı biri var idi. Onun zamanında Azərbaycan Ordusu fəlakətli məğlubiyyətlərə, ölkənin özü isə ağır ərazi itkilərinə məruz qalmışdır. O, prezident olmamışdan əvvəl qədim mətnləri araşdırıb, ərəb dilindən tərcümə edirdi. Sonra isə dövləti idarə etməyə başladı və nəticədə ölkə acınacaqlı vəziyyətdə qaldı. Tarix bəzən belə oynamağı bacarır.

Axar.az xəbər verir ki, bunu rusiyalı analitik Konstantin Makiyenko deyib.

Onun sözlərinə görə, Ermənistanın məğlubiyyəti Paşinyandan savayı başqa amillərə də əsaslanıb:

“Onlar (Ermənistan – red.) hesab edirdilər ki, hərbi-texniki güc və canlı qüvvə baxımıdan azərbaycanlılardan geri qalmalarına baxmayaraq, təşkilati və mənəvi-psixoloji keyfiyyətlərinə görə daha üstündürlər. Amma məlum oldu ki, Azərbaycan piyadaları və tankçıları əla motivasiya olunub və təlim keçmişlər. Düşmənin düzgün qiymətləndirilməməsi çox təhlükəli bir şeydir".

O bildirib ki, yaxın günlərdə Ermənistanda hərbi fəlakət yarana bilər:

“Düşünürəm ki, ölkədə miqrasiya halları kəskin şəkildə çoxalır. Yaxın 2-3 il ərzində Ermənistandan təxminən 200 minə qədər adam gedəcək. İki milyonluq ölkə üçün bu, fəlakətdir. Ermənistan üçün yeganə yol coğrafi cəhətdən çətin olsa da, Rusiya ilə inteqrasiya proseslərini gücləndirməkdir. Amma bir məsələ var: bu, Rusiyaya lazımdırmı?”

Tarix
2021.01.14 / 14:57
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla