Yuxarı

Naxçıvana Ermənistan üzərindən qaz verilə bilər - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

TANAP-dan Naxçıvan Muxtar Respublikasına qazın verilməsi bu bölgəmizin enerji təminatı baxımından mühüm addım olar. Bu, ucuz və daha rahat bir yoldur.

Bu sözləri Axar.az-a iqtisadçı ekspert Natiq Cəfərli TANAP-dan Naxçıvana qazın verilməsinin mümkünlüyü haqda Transanadolu Qaz Boru Kəməri (TANAP) layihəsinin Baş direktoru Saltuk Düzyolun açıqlamasına münasibət bildirərkən deyib.

O bildirib ki, bu məsələdə Türkiyənin BOTAŞ şirkəti ilə əməkdaşlıq etmək olar:

“BOTAŞ şirkətinin 23 faizlik hissəsi Azərbaycanın SOCAR şirkətinə aiddir. Bu da xərclərin çox olmayacağını göstərir.

Naxçıvana Türkiyə üzərindən qazın verilməsi həm də İrandan asılılığa son qoyar. Bildiyiniz kimi, Naxçıvan uzun müddətdir İran vasitəsilə qaz alır. Bu da öz növbəsində daha çox xərc tələb edən bir prosesdir. Bu mənada, düşünürəm, qeyd olunan məsələ zəruridir”.

Ekspert deyib ki, gələcəkdə Ermənistan üzərindən də Naxçıvana təbii qazın verilməsi mümkün olacaq:

“11 yanvar tarixli Bəyanatda qeyd edilir ki, regionda nəqliyyat və kommunikasiya xətləri açılacaq. Mehri dəhlizi onsuz da Ermənistanın nəzarətində deyil. Yəni Ermənistanın cənub sərhədləri Rusiya tərəfindən qorunur. Bu mənada buradan keçəcək istənilən yol, boru kəməri də Rusiyanın nəzarətində olacaq. Ermənistan üzərindən Naxçıvana təbii qazın verilməsi isə xərcləri daha da azaldıb, gəlirlərin artmasına şərait yaradacaq”.

Tarix
2021.01.15 / 11:31
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla