Yuxarı

Avropa ölkəsi Qarabağ üçün 100 milyon ayırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Macarıstan macar şirkətlərinin İkinci Qarabağ müharibəsi nəticəsində azad edilmiş ərazilərin bərpasında iştirak etməsini müzakirə ediblər.

Axar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto öz Feysbuk səhifəsində yazıb.

O bildirib ki, həmin məsələ Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə videokonfrans zamanı müzakirə olunub:

“Macarıstan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Münaqişə başa çatdıqdan sonra biz macar şirkətlərinin müharibə nəticəsində zərər dəyən rayonların bərpasında iştirakı məsələsini müzakirə etmişik”.

P.Siyarto qeyd edib ki, Azərbaycan tərəfi bu fikri alqışlayıb və Macarıstanın "EximBank"ı rekonstruksiya proqramında iştirak etmək niyyətində olan macar şirkətləri üçün 100 milyon dollar məbləğində kredit xətti açıb.

Nazir əlavə edib ki, müharibənin fəsadlarının aradan qaldırılması çərçivəsində Macarıstan ərazilərin minalardan təmizlənməsi işlərinə 25 min avro qrant təklif edib.

Tarix
2021.01.15 / 11:23
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla