Yuxarı

Əli Həsənovun satışa çıxardığı yerin şok qiyməti - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Həsənovun satışa çıxardığı yerin şok qiyməti - Video

11:48

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun ucuz qiymətə özəlləşdirdiyi keçmiş “Kitab pasajı”nı neçəyə satışa təqdim etdiyi məlum olub.

Bu barədə Axar.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, Ə.Həsənov sözügedən obyekti 3 milyon manata təklif edib. Hazırda bəzi şəxslərlə bu iqtisamətdə danışıqlar getsə də, konkret alıcının hələlik olmadığı qeyd edilir.

Şəhərin mərkəzində, Fontanlar bağının yanında, Nigar Rəfibəyli küçəsi-14 ünvanında yerləşən məşhur “Kitab pasajı” 1898-ci ildə mesenat Orucov qardaşları tərəfindən açılıb və tarixi əhəmiyyət daşıyır. Lakin Əli Həsənov oranı yaxınlarının adına simvolik qiymətə özəlləşdirib və təyinatını dəyişib.

Qeyd edək ki, ötən gün KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli həbs edilib. Onun işlətdiyi vəzifə cinayətləri sırasında Əli Həsənova məxsus obyekti Fondun maraqlarına zidd olaraq çox yüksək məbləğə icarəyə götürməsi və nəticədə 9 il ərzində ora 812 min manat ödədiyi də üzə çıxıb.

V.Səfərlinin Ə.Həsənovun himayəsi altında çalışdığını xatırladanlar isə Ə.Həsənovun məhz indiki ərəfədə obyektlərini təcili satışa çıxarmasını təsadüfü saymırlar.

Tarix
2021.01.15 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

Murad Əliyevi İstanbulda niyə döydülər? - Video

Mehriban Əliyeva Hacıqabuldan paylaşım etdi - Video

Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?

İrəvan-Bakı münasibətlərinin normallaşması... - Şoyqu

İrəvan TRİPP-lə bağlı bu məsələlərə təminat verdi – Bəqai

Özgür Özəl İlham Əliyevə zəng etdi

Tehranın riyakarlığı: dostluq bəyanatları, ikili standartlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla