Yuxarı

Baxçalı: Əliyev uyğun görərsə, Şuşada bunu etmək istəyirik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Şuşada ibtidai məktəb açmaq arzusundadır.

Axar.az xəbər verir ki, bu barədə MHP lideri özünün Tvitter səhifəsində paylaşım edib:

“Şuşanın inkişafı və burada yaşayan türk uşaqların gələcəyi hamımızın mənəvi məsuliyyətidir. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın icazəsi varsa və Azərbaycan Prezidenti cənab İlham Əliyev bunu uyğun hesab edərsə, şəxsən mənim təlimatımla Ülkü Ocaqları Təhsil və Mədəniyyət Vəqfi tərəfindən Şuşada doqquz fənn üzrə ibtidai məktəb inşa etmək hədəfimizdir. Bu məsələ ilə bağlı sahib olduğumuz bütün imkanlar səfərbər ediləcək və lazımi tədbirlər görüləcək”, - o bildirib.

Baxçalı məktəbin təməlinin 30 yanvarda qoyulmasını arzuladığını qeyd edib:

“Azərbaycanın Dövlət Himni 30 yanvar 1920-ci ildə qəbul edilib. Sözlərin müəllifi şair Əhməd Cavad, musiqisi isə Şuşada doğulan Üzeyir Hacıbəyovdur. İnşasını arzuladığımız məktəbin adı Üzeyir Hacıbəyov ola bilər, təməli isə 30 yanvarda qoyula bilər".

Tarix
2021.01.16 / 18:53
Müəllif
Nərmin Əkbərli
Şərhlər
Digər xəbərlər

Ermənistanda növbədənkənar seçkilər olacaq?

CHP lideri AŞPA-da Azərbaycana dəstək oldu - Video

Tiflisdə prezident hökumətə qarşı – Nə baş verir?

Bu, Makronun Bakıya qarşı yeni hücumudur

Makron Bakıdakı səfiri niyə geri çağırdı? - Markov

Rus sülhməramlıları buna görə Qarabağdan çıxdı - Markov

Abdullahian Türkiyədə: Konsulluğa getdi

Əli Əsədovun rəhbərliyi ilə iclas keçirildi - Foto

MN-dəki 9 milyonluq mənimsəmə ilə bağlı növbəti məhkəmə

Moskva bütün məsələləri Bakı ilə həll edib - Naumov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla