Yuxarı

Paşinyanın imzası nəyi göstərir? - Qrafoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyanın imzası nəyi göstərir? - Qrafoloq

Artıq bir müddətdir ki, sosial şəbəkələrdə Moskva Bəyanatındakı imzalar (Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin) müzakirə edilir. Bəziləri Nikol Paşinyanın imzasının digər iki liderin imzasından kəskin fərqləndiyini, bəsitliyinin diqqət çəkdiyini vurğulayırlar.

Nikol Paşinyanın imzasını Axar.az-a təhlil edən psixoloq-qrafoloq Elnarə Baxışlı deyib ki, erməni baş nazirin imzasında onun qorxu və əsəblərini gizlətməyə çalışması əks olunub:

“Paşinyanın imzasını görünüşünə görə təhlil etsək, həm keçidlərinə, həm də künclərinə görə maraqlı tərəfləri olduğunu görərik. İmzanın ortasından keçən uzun xətt duyğuları və düşüncələri tam yarı bölməkdir. Ortadan xətt ümumi cizgiləri birləşdirərək lələkli qələmə oxşadır. Bu, qəsdən yaradılmış imza da ola bilər. İmzadakı həm ilmələr, həm də kəskinlik hisslərin yaxşı maskalanmasını əks etdirir. Xəttin üstündən ortada sıxılmış bir hal əks olunub. Bu, daxili sıxılmanın əksidir.

İmzadakı həmin xəttin yuxarıya doğru qalxmasında özünü sübut, Allaha üsyan kimi yüksək iddialılıq qeyd olunub. Bu imzaya əsasən demək olar ki, Paşinyan qorxu və əsəblərini gizlədir. Mümkün qədər sadə görünməyə, özünü doğrultmağa çalışır və davamlı olaraq özünü tənqid edir. Bu isə ona qətiyyətsizlik hissi verir”.

E.Baxışlı qeyd edib ki, fizioloji olaraq mədə və ürək nahiyəsində ağrılar, ayaq və böyrəklərində narahatlıqların olması da imzada ifadə olunur:

“Sərt şəkildə dirənmək, kömək axtarışı da imzada əks olunub. Hər şey məcburi plana görə edilmiş kimidir və onun daxili sıxıntı yaşadığını göstərir. İmzada aşırı bədbinlik qeyd olunmur. Güclü şəkildə özünü tənqid və özünü rədd hissləri var. Bir sözlə, qətiyyətsizlik, özünütənqid ilə yüksək iddialılıq, üsyanlılıq arasında savaşı görürük. Öz aqresiyasını içində sıxması ciddi səhhət narahatlığını ifadə edir. Bu imza sahibində bacarıq, elitlik yoxdur. Xəsisdir, jest etməyi bacarmır və xırdaçıdır”.

Tarix
2021.01.17 / 09:00
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İlham Əliyev İspaniyaya başsağlığı verdi

Döyüş komandanlığında NATO heyəti ilə görüş

İsraildə yeni hökumət qurulur: Daha aqressiv olacaq?

Bu rayonların icra hakimiyyətlərində həbslər başlayır?

Azərbaycanın sanksiya siyahısı yeniləndi

Bratislavadan Bakıya ilk aviareys yola düşdü

Azərbaycan İspaniyaya başsağlığı verdi

İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik

Zal Yusifovun oğlunun işi: Səs yazısı var...

İran səfirindən Azərbaycanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla