Yuxarı

İşlər tamamlanır: 1-i general olmaqla 35 türk zabiti Ağdamda...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılmasına dair 10 noyabr üçtərəfli razılaşmasının şərtlərinə uyğun olaraq Ağdamda qurulan ortaq türk-rus monitorinq mərkəzinin inşası tamamlanmaq üzrədir.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, mərkəzin tamamən hazır hala gətirilməsi durumunda yanvar ayı ərzində açılacağı gözlənilir. Atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq mərkəzində 1-i general olmaqla 35 türk zabiti xidmət edəcək. Mərkəzdə eyni sayda Rusiya hərbçiləri də olacaq. Atəşkəsin qorunmasına daha çox hava vasitələri ilə nəzarət olunacaq. Mümkün atəşkəs pozulmaları qeydə alınarsa bu haqda Ankara və Moskva dərhal məlumatlandırılacaq.

Xatırladaq ki, mərkəzin fəaliyyətində iştirak edəcək Türkiyə hərbçiləri bir neçə həftə əvvəldən Azərbaycana göndərilib. O cümlədən Türkiyənin hərbi-nəqliyyat təyyarələri zəruri texniki vasitələri və hərbçilərin yaşaması üçün nəzərdə tutulan konteynerləri daşıyıb.

Tarix
2021.01.18 / 17:02
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla