Yuxarı

İrəvanda müharibə çağırışı: Türkiyə razı deyil?.. - Voskanyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda müharibə çağırışı: Türkiyə razı deyil?.. - Voskanyan

Regionda böyük müharibə təhlükəsi qalmaqdadır və Ermənistan bu müharibəyə hazırlaşmalıdır.

Axar.az xəbər verir ki, İrəvan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri Vardan Voskanyanın bu sözlərini erməni mediası tirajlayıb.

V.Voskanyan bu fikrini onunla əsaslandırıb ki, Qarabağ müharibəsi iştirakçıları “yekunlar”dan razı deyil; bu, sülhməramlılar qismində iştirak edə bilməyən, indi isə “Gəncədə hərbi mövcudluğunu təmin etməyə çalışan” Türkiyəyə aiddir:

“Bundan başqa, Qarabağın Azərbaycanın tərkibinə daxil olmasını nəzərə alsaq, Rusiya hərbi nöqteyi-nəzərdən Azərbaycanda möhkəmlənib. Bütün bunların fonunda Ankara və Bakı Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşən Qarsda təlimlər keçirməyi planlaşdırır. Faktiki olaraq İsrail də istədiyi şeyi əldə etməyib”, - o qeyd edib.

Xatırladaq ki, Türkiyə də daxil olmaqla, regional qüvvələr Qarabağda bərpa işlərinin başlanması və kommunikasiyaların inkişaf etdirilməsini istəyir, eyni zamanda Ermənistanın da prosesə qoşulmalı olduğunu bildirirlər. Ermənistanda isə revanş çağırışlar bitmək bilmir.

Tarix
2021.01.19 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Qarakənd faciəsindən 35 il ötür

Ağdamın azad olunmasından 6 il ötür

Bakı bundan bir neçə gün sonra imza atacaq... - Simonyan

Vyetnam mediası İlham Əliyevin səfərindən yazır

Tramp, Putin və Sinin razılaşdığı 4 bəndin “sirri”

Nəriman Qocatürkün ölümündən öncəki son məktubu üzə çıxdı

Prezidentin Vyetnama səfəri ilə bağlı - Videoçarx

Szinpinin hiyləgər təklifi: Putin və Tramp qəbul etməyəcək

İlham Əliyev Vyetnama getdi

Paşinyan üçün riskli ssenari: Hakimiyyətdən gedəcək...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla